Astarada "zapravka" işçisini amansızlıqla öldürdülər

22 fevral 2015
Astarada "zapravka" işçisini amansızlıqla öldürdülərAstara rayonunda qətl hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə fevralın 22-də saat 05 radələrində rayonun Ərçivan qəsəbəsi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində qeydə alınıb. Naməlum şəxs həmin məntəqənin operatoru işləyən, rayonun Ərçivan qəsəbə sakini, 52 yaşlı İltifat Höccət oğlu Quliyevə çoxsaylı bıçaq zərbələri vuraraq, onu xüsusi amansızlıqla qətlə yetirib.

Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. İ. Quliyevin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil verilib. Hazırda qətl hadisəsini törətmiş şəxsin yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Astara Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Xəbəriniz olsun

21.11.2018 - Abel Məhərrəmov danışdı: "Şouya çevirmək istəyirlər..."

21.11.2018 - Abel Məhərrəmova 1 həftə vaxt verildi - Kabineti boşaltmaq üçün

21.11.2018 - Direktoru döyən aktyor danışdı – Təhsil Nazirliyini ittiham etdi

20.11.2018 - Millinin ölüm-qalım mübarizəsi – 90 dəqiqəlik savaş

20.11.2018 - Gənc oğlan toy günü özünü asdı: - “Atasının bu sözlərindən sonra...”

20.11.2018 - "Azərbaycan banklara olan 5 minə qədər borcları silinməlidir" - Qubad İbadoğlu hökumətə səsləndi

20.11.2018 - Gəncədəki partlayışda ölənlərin sayı 3-ə çatdı: Kəmaləddin Heydərov hadisə yerinə getdi

19.11.2018 - “Veysəloğlu” şirkətinə kiflənmiş “Ozmo” ittihamı – Foto

19.11.2018 - Səudiyyəyə gedən prezident yoxa çıxıb: 1 aydır xəbər yoxdur…

19.11.2018 - Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinə basqı+VİDEO

19.11.2018 - MTN generalı Ülvi Quliyevin deputatlıq yolunu bağladı – Sirr

19.11.2018 - Əli Kərimli sərbəst buraxıldı: 2500 manat cərimələndi

18.11.2018 - “WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir

Facebook