Ucuzlaşan manata şeir qoşuldu

25 fevral 2015
Ucuzlaşan manata şeir qoşulduManatın ucuzlaşmasına müxtəlif formalarda münasibət bildirilir. Musavat.com xəbər verir ki, Ramiz Qusarçaylının "Devalvasiya" adlı şeiri sosial şəbəkələrdə paylaşılıb. Şeiri təqdim edirik:

Rubl kopeek, lira kuruş gətirdi,
Manat cəmi qırx gün duruş gətirdi,
Şahqulu bəy yenə bayquş gətirdi
Milli bankın bağrı deşmə-deşmədi,
Qoyun ili hər qoyuna düşmədi...

Bu bazarda tərəzi nə, mizan nə,-
Pul yiyəsi, pulsuzlarla məzən nə?!
Məzən olsun ay baməzə məzənnə
Dollara bax, bığı eşmə-eşmədi
Qoyun ili hər qoyuna düşmədi...

Valyutanın həmləsinə bankı mat,
Təmtərağı, top-tüfəngi, tankı mat,
Baxıb bic-bic hırıldayır bankomat
Bu islahat göy qazanda bişmədi
Qoyun ili hər qoyuna düşmədi...

Noolsun ki, hər bankda bir qoçu var,
Bu millətin nə günahı, nə suçu var,
Hər keçiddə köç azdıran keçi var,
Bu tələdən kimlər gəlib keçmədi
Qoyun ili hər qoyuna düşmədi...

Ölü doğur qan içində Asiya,
Ölü puldan nələr çəkir Rusiya,
Hələ ad da qoyub: Devalvasiya...
Kim bankirin toyuğuna kiş dedi?!
Qoyun ili hər qoyuna düşmədi...

(Bir qoyunun banka məktubundan)
Xəbəriniz olsun

23.07.2019 - “İŞ OTAĞINDA ÖLÜ TAPILAN RƏİSİ TƏHDİD EDİBLƏR…” – ““Mənimsənilən 80 min manatı ona “yükləyiblər””

23.07.2019 - Bakıda gənc qız oğlana görə həmcinsi ilə dalaşıb - Özünü binadan atmaq istədi (TƏFƏRRÜAT-VİDEO)

23.07.2019 - Səfər Mehdiyevə "ittiham yağışı": "Baldızın oğlu büdcəni dağıdır, görmürsən?"

23.07.2019 - Prezident Murad Köhnəqalaya ev verdi

23.07.2019 - “Atama silah verdim ki, əsir düşsə, özünü öldürsün” - Aqil Abbas

23.07.2019 - Milyonluq tenderləri kimlər qazanır? – “Qohumlarıdır...”

23.07.2019 - Azərbaycanlı sürücü Kiyevdə yol polisini döyüb xəstəxanalıq etdi

23.07.2019 - Prezident Əzrayılla görüşübmü? - Müəmma davam edir...

23.07.2019 - Nənə-babanın xəstəxanaya atıb qaçdığı uşaqların atası tapıldı: "ÖZÜM BAXACAM..."

23.07.2019 - Bakının bu çimərliyində nəhəng ilan insanları qorxuya saldı - VİDEO

23.07.2019 - Ərəblər hamının gözü qarşısında təbii ehtiyaclarını ödəyir - İSMAYILLIDAN ŞOK FOTO

23.07.2019 - Elmar Vəliyevi güllələyən şəxslə bağlı yeni qərar

22.07.2019 - SSRİ-ni bərpa etmək istəyən sekta silaha əl atdı, Rusiyada həbslər başladı...

Facebook