Azərbaycanda benzin ucuzlaşa bilər

02 dekabr 2014
Azərbaycanda benzin ucuzlaşa bilər“Şərqi Avropada benzinin qiymətinin aşağı düşməsi praktiki olaraq Azərbaycana idxal edilən benzinin qiymətinin aşağı düşməsinə səbəb olacaq. Bu baxımdan Azərbaycanda benzinin qiymtəni düşə bilər”.

Bunu azvision.az-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, qiymət enməsi yaxın zamanlarda müşahidə oluna bilər: “Azərbaycanda 3 növ benzin təklif olunur. Onlardan biri 92 markalı benzindir ki, onun neftin dünya bazarındakı qiymətdən asılılığı yoxdur. Neftin dünya bazarındakı qiymətindən asılı olmayaraq həmin benzinin qiyməti Tarif Şurası tərəfindən müəyyənləşdirilir və neftin qiymətinin aşağı düşməsi həmin benzinin qiymətinə təsir göstərmir.

Amma 95 və 98 markalı benzinlər birbaşa neftin dünya bazarındakı qiymətdən asılıdır. Əgər neftin dünya bazarında qiyməti aşağı düşürsə, artıq bu həmin benzinlərin ölkəyə idxalında qiymətlərin azalmasına gətirib çıxarır”.

V.Bayramov bildirib ki, hazırda Avropada benzinin qiymətində kəskin azalmalar müşahidə edilməyib: “Benzin istehsal edən zavodların hər zaman ehtiyatı olur. Onlar həmin ehtiyatı daha yüksək qiymətə aldıqları neft hesabına formalaşdırıblar. Benzin istehsalında əsas istifadə edilən xammal neftdir. Artıq həmin ehtiyat başa çatıb. Dekabr ayından başlayaraq Avropa bazarında benzinin qiymətində azalmaların olacağını proqnozlaşdırılır. Azərbaycan 95 və 98 markalı benzini Şərqi Avropadan idxal edir. bu o deməkdir ki, Şərqi Avropada benzinin qiymətinin aşağı düşməsi praktiki olaraq Azərbaycana idxal edilən benzinin qiymətinin aşağı düşməsinə səbəb olacaq. Yaxın günlərdə 95 və 98 markalı benzinin qiymətlərində azalmaların olacağı gözlənilir.

Çünki iqtisadi baxımdan həmin benzinlərin qiymətində azalmalar qaçılmazdır”.
Xəbəriniz olsun

25.09.2017 - Bakıda polis homoseksualları bu səbəbdən saxlayırmış - Rəsmi açıqlama verildi

25.09.2017 - Azərbaycanda 12 yaşında zorlanan qız danışdı: “Məktəbin ayaqyolusunda…” – VİDEO

25.09.2017 - DYP bahalı "zerkalni" nömrələrin əsl qiymətini açıqladı - Fotofakt

25.09.2017 - "AAAF Park”ın rəhbərindən Zakir Fərəcova şok ittihamlar: "Torbamı tikib..."

25.09.2017 - Dostlarını “Nar”-a gətir, 5 ay pulsuz danış!

25.09.2017 - Merkelin başçılıq etdiyi alyans qalib gəldi

25.09.2017 - Neft quyuları üstündə “buz göl” - Nazirlər uşaqlarını ölkədən niyə çıxarır?

25.09.2017 - 13 yaşlı qıza erotik mesajlar yazan “ağsaqqal”ı döyüb kameraya çəkdilər – VİDEO

25.09.2017 - Lənkəranın icra başçısı 150 minə maşın aldı, dostu bahalı nömrə hədiyyə etdi...

25.09.2017 - Ziya Məmmədovun "Hacı Məmmədov"u kimdir: İcra başçılarının patronu, erməniylə şəriklik və...

25.09.2017 - Deputat Oqtay Əsədova görə oğlunu öz toyuna buraxmadı

25.09.2017 - "Qəbələ"nin futbolçuları arasında yumruq davası - Video

25.09.2017 - Bu 8 məhsulu yeməyin, onlar xərçəng yaradır - ŞOK TƏDQİQAT

25.09.2017 - Rəfael Mehrəliyevlə Vidadi Zeynalovu bağlayan qohumluq və biznes telləri: BŞİH-nin Departament rəhbərinin ilgi ...

25.09.2017 - Şeyx sünnü-şiə problemi yaratmaqda ittiham edildi: Rafiq Əliyevdən sərt açıqlama

25.09.2017 - Nizami RİH başçısı ilə bağlı yeni iddialar: Hərbi xidməti evdə çəkən oğul, onun 200 minlik maşını və ağacları ...

22.09.2017 - Azərbaycanda ali məktəbələrə qəbulun qaydaları tam dəyişdi – ƏLVİDA TEST

22.09.2017 - Ziya Məmmədovun bacısının xüsusi silahlı cangüdənləri də olub - İDDİA

22.09.2017 - Şəmsəddin Hacıyevin mandatı alına, özü isə həbs oluna bilər - rəsmi

Facebook