Balakənin icra başçısı örüş sahələrini varlılara satdı

28 fevral 2015
Balakənin icra başçısı örüş sahələrini varlılara satdıİslam Rzayevin işbazlara satdığı Hənifə kəndinin sakinlərinə məxsus torpaqlarında balıq vətəgələri tikilir

Balakənin icra başçısı İslam Rzayevin adı yeni bir qalmaqala qarışıb. Bir müddət əvvəl rayona ayrılan pulların təyinatı üzrə xərclənmədiyi, habelə tenderlərə şərik olduğuna dair iddialardan sonra, bu dəfə icra başçısı camaata məxsus torpaq sahələrini qanunsuz şəkildə satdığı xəbəri ortaya çıxıb.

JAM.AZ xəbər verir ki, Balakənin Hənifə kəndinin əhalisinə malik, onların ümumi istifadəsində olan örüş yerləri özünü SOCAR-ın işçiləri kimi təqdim edən, əslində isə işbaz kimi tanınan adamlara satılıb. Həmin məlumata görə, işbazlar icra başçısından aldıqları kəndlilərin torpaqlarında balıq vətəgələri tikməyə başlayıblar.

Qeyd olunur ki, son dövrlər Balakəndə xeyli sayda balıq vətəgələri salınıb və onların hamısı imkanlı şəxslərə məxsusdur. Hənifə kənində inşa ediləcək yeni balıqçılıq gölləri də onlardan biri olacaq. Hazırda həmin ərazilərdə texnika çalışır.
Xəbəriniz olsun

25.06.2019 - Ulduzlar iyunun 25-ə nə vəd edir? - FAL

24.06.2019 - Sahil Babayevin 1 il 2 ayı: Müslümovdan qalan pafos, arıqlayan inəklər

24.06.2019 - Bakıda ana övladı ilə birgə intihar məqsədilə körpünün üstünə çıxıb

24.06.2019 - Ağsuda "Əjdaha" peyda oldu - Foto

24.06.2019 - Azərbaycandakı bu “pir”də ağacdan alt paltarı asırlar - FOTOLAR

24.06.2019 - Arvadını it zəncirinə bağladı, onu və 20 günlük körpəsini döyə-döyə öldürdü - TƏFƏRRÜAT

24.06.2019 - Yadplanetli gəmi qəzaya uğradı - İDDİA - FOTO

24.06.2019 - Nazirlikdən dərsliklərlə bağlı - ÇAĞIRIŞ

24.06.2019 - Müəllimin başına oyun açdılar - 1500 manat ödəyə bilməyib həbs olundu

24.06.2019 - Qadını təyyarədə unutdular - “Ayılanda...”

24.06.2019 - Azərbaycan millisi Avropa ikincisi oldu

24.06.2019 - “Sədərək” Ticarət Mərkəzində aksiya – Mağazalar bağlandı

24.06.2019 - Yol hərəkəti ilə bağlı qanunvericiliyə 2 nişan daxil edilir

Facebook