“Əlil olduğum üçün məni lağa qoyurdu, mən də vurdum...”

01 mart 2015
“Əlil olduğum üçün məni lağa qoyurdu, mən də vurdum...”Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhəri, Sulutəpə qəsəbə sakini sakini, 1996-cı il təvəllüdlü Fəqan Şükürlünün cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Prosesə hakim Əhməd Quliyev sədrlik edib.

Hadisə 2014-cü il, yanvarın 21-də Sulutəpə qəsəbəsində baş verib. Fəqan Şükürlü münaqişə zəminində qonşusu Xəyal Ağakişiyevə bıçaqla xəsarət yetirib və hadisə yerindən qaçıb. Sonradan Binəqədi Rayon Polis İdarəsinə gedərək könüllü təslim olub.

Yeniyetmə bıçağa əl atmasına səbəb kimi qonşusunun onu təpiklə vurmasını və fiziki qüsurlu olduğunu görə mütəmadi olaraq ələ salmasını göstərib.

Törətdiyi cinayət əməlinə görə F.Şükürlüyə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs qismində dindirilən F.Şükürlü məhkəməyə verdiyi ifadəsində anadangəlmə əlil olduğunu, hadisədən 7 ay öncə valideynləri ilə birlikdə Sulutəpə qəsəbəsinə köçdüklərini göstərib: “Kompüterin “mışka”sını müvəqqəti istifadə etmək üçün qonşuluqda yaşayan Fuad adlı oğlana vermişdim. Bir aydan artıq vaxt keçməsinə baxmayaraq Fuad “mışka”nı qaytarmamışdı. Zəng vurub istədikdə mənə kobud cavab verdi, itirdiyini dedi. Telefonda mənə “nə olan şeydir ki, onun söhbətini aparırsan” dedi. Əsəbiləşib heç nə demədim. Ertəsi gün yenidən zəng vurub harada olduğunu soruşdum, dedim küçəyə çıx. Fuad gələcəyini desə də gəlib çıxmaq bilmədi”.

Yeniyetmə ifadəsində küçədə Fuadı gözləyərkən Xəyal Ağakişiyevin onların evindən çıxdığını görüb. Xəyal onun yanına çatar-çatmaz heç bir səbəb olmadan söyüş söyməyə başlayıb. Əsl həngamə də bundan sonra qopub. Xəyalın onu təpiklə vurmasından əsəbiləşən F.Şükürlü bıçaqla ona zərbə endirib.

“Xəyalla əvvəllər də aramızda narazılıq olub. Həmin məhəlləyə təzə köçəndən sonra Xəyal məni anadangəlmə qüsurlu olduğum üçün dəfələrlə ələ salır, təhqir edirdi. Qonşu uşaqlarla birlikdə lağa qoyur, incidirdi. Xəyalı öldürmək məqsədim olmayıb. Onu bıçaqla qorxuzmaq istəyirdim”- deyə yeniyetmə bildirib.

Zərərçəkmiş Xəyal Ağakişiyev ifadəsində qonşuluqda yaşayan dostugildən çıxıb evə gedərkən Fəqanla rastlaşdığını göstərib: “Fəqan öz həyətlərində hasarın üstündə dayanmışdı. Onun yanına çatanda salam verdim, hal-əhval tutdum, kefini soruşdum. Birdən Fəqan cibindən bıçaq çıxararaq məni vurdu və qaçıb getdi”.

Məhkəmə Fəqan Şükürlünün barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə 2 il sınaq müddətinə şərti cəza təyin edib.

İnarə Rafiqqızı
Virtualaz.org
Xəbəriniz olsun

24.06.2019 - Sahil Babayevin 1 il 2 ayı: Müslümovdan qalan pafos, arıqlayan inəklər

24.06.2019 - Bakıda ana övladı ilə birgə intihar məqsədilə körpünün üstünə çıxıb

24.06.2019 - Ağsuda "Əjdaha" peyda oldu - Foto

24.06.2019 - Azərbaycandakı bu “pir”də ağacdan alt paltarı asırlar - FOTOLAR

24.06.2019 - Arvadını it zəncirinə bağladı, onu və 20 günlük körpəsini döyə-döyə öldürdü - TƏFƏRRÜAT

24.06.2019 - Yadplanetli gəmi qəzaya uğradı - İDDİA - FOTO

24.06.2019 - Nazirlikdən dərsliklərlə bağlı - ÇAĞIRIŞ

24.06.2019 - Müəllimin başına oyun açdılar - 1500 manat ödəyə bilməyib həbs olundu

24.06.2019 - Qadını təyyarədə unutdular - “Ayılanda...”

24.06.2019 - Azərbaycan millisi Avropa ikincisi oldu

24.06.2019 - “Sədərək” Ticarət Mərkəzində aksiya – Mağazalar bağlandı

24.06.2019 - Yol hərəkəti ilə bağlı qanunvericiliyə 2 nişan daxil edilir

24.06.2019 - Çimərlikdə atanı uşağının gözü qarşısında daşla döydülər

Facebook