Elnur Məmmədli aksiya keçirən cüdoçuları günahlandırdı

01 mart 2015
Elnur Məmmədli aksiya keçirən cüdoçuları günahlandırdıAzərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli milli komanda üzvlərinin Bakıda etiraz aksiyası keçirməsinə münasibət bildirib.

İkiqat Avropa çempionu sportpress.az-a açıqlamasında həmkarlarının düzgün addım atmadığını deyib: “Mənə bu barədə deyəndə dedim ki, gəlin hər bir məsələni federasiyanın daxilində həll edək. Hər bir idman növündə narazılıq ola bilər. Bu, adi haldır. Amma əsas onu daxildə həll etməkdir. Bu mənada cüdoçuların düzgün hərəkət etmədiyini düşünürəm. Ola bilər nədənsə narazıdırlar.

Hazırlıq baxımından problem ola bilməz. İndi şəhərin mərkəzində gözəl bazamız var. Mən olimpiya çempionu olanda heç bazamız yox idi. Məvaciblərini alırlar. Bir-iki gün gecikmə hər yerdə olur. Xarici ölkələrdə hazırlıq keçirlər. Yaxınlarda Almaniyada Qran-Pri turnirində çıxış ediblər. Federasiya rəhbərliyi bu gün hər bir məsələni həll etməyə hazırlaşır. Çünki yayda hamımız Avropa Oyunlarında uğur qazanmaq istəyirik. Yeni iş həftəsində onlarla görüşüb bütün məsələləri müzakirə etməyə çalışacağıq”.

Qeyd edək ki, dünən etiraz aksiyası keçirən milli komandanın üzvləri Azərbaycan Cüdo Federasiyasından maaşlarının verilməsini tələb edirlər. Aksiyada Ermənistanın paytaxtı İrəvanda keçirilən gənclər arasında dünya çempionatının qalibi olmuş Elmar Qasımov, Azərbaycanın ən tanınmış cüdoçularından olan Nicat Şıxəlizadə və Elxan Məmmədov da iştirak edib.
Xəbəriniz olsun

20.11.2018 - Millinin ölüm-qalım mübarizəsi – 90 dəqiqəlik savaş

20.11.2018 - Gənc oğlan toy günü özünü asdı: - “Atasının bu sözlərindən sonra...”

20.11.2018 - "Azərbaycan banklara olan 5 minə qədər borcları silinməlidir" - Qubad İbadoğlu hökumətə səsləndi

20.11.2018 - Gəncədəki partlayışda ölənlərin sayı 3-ə çatdı: Kəmaləddin Heydərov hadisə yerinə getdi

19.11.2018 - “Veysəloğlu” şirkətinə kiflənmiş “Ozmo” ittihamı – Foto

19.11.2018 - Səudiyyəyə gedən prezident yoxa çıxıb: 1 aydır xəbər yoxdur…

19.11.2018 - Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinə basqı+VİDEO

19.11.2018 - MTN generalı Ülvi Quliyevin deputatlıq yolunu bağladı – Sirr

19.11.2018 - Əli Kərimli sərbəst buraxıldı: 2500 manat cərimələndi

18.11.2018 - “WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir

18.11.2018 - Türkiyə hərbçiləri İraqın şimalında terrorçuları məhv etdilər

18.11.2018 - İcra başçısına 70 min rüşvət verən şəxs danışdı: "İsmayıl Vəliyevin imzası ilə..."

18.11.2018 - "Əli Kərimli və AXCP üzvlərinin işi məhkəməyə göndəriləcək" - Paytaxt polisi rəsmi məlumat yaydı

Facebook