Nemtsovun qətlində hansı Azərbaycanlı məmurun adı hallanır?

03 mart 2015
Nemtsovun qətlində hansı Azərbaycanlı məmurun adı hallanır?

Rusiya mətbuatdı tanınmış siyasətçi Boris Nemtsovun ölümündə yeni verisiyalar olması barədə sensassion məlumatlar yayıb.

“Qafqazinfo” “İzvestia” saytına istinadən xəbər verir ki, Nemtsovun ölümünü araşdıran istintaq briqadası onun qətlində Ukrayna izinin olduğunu istisna etmir. Ukrayna xüsusi xidmət orqanlarının sifarişi ilə qətlə yetirildiyi iddia edilən Nemtsovun ölümünü isə Cövhər Dudayev adına çeçen batalyonunun təşkil etdiyi qeyd edilir.

Hüquq-mühafizə orqanlarında olan mənbənin məlumatına görə, qətlin təşkilatçısı həmin bölüyün hazırki komandiri, Rusiya prezidenti Vladimir Putinə sui-qəsd hazırlamaqda ittiham edilərək haqqında cinayət işi açılan Adam Osmaev və onun həyat yoldaşı Amina Okuevadır.

Nəşr yazır ki, Ukrayna hüquq-mühafizə orqanlarının planına əsasən, müxalifətçinin ölümü Rusiya rəhbərliyini gözdən salmalı, eləcə də siyasi sabitliyi pozmalı idi. Mənbə həmçinin bildirib ki, istintaq qrupunun əlində siyasətçinin ölümündə Ukraynaın əlinin olmasına dair bəzi sübutlar var.

Yazıda həmçinin qeyd edilir ki, Nemtsovun qətlində qisas faktoru da rol oynaya bilər. Belə ki, 2014-də yaradılan Cövhər Dudayev adına batalyonun qurucusu, həmçinin Donbasda Ukrayna silahlıları tərəfindən vuruşan çeçen əsilli İsa Munayev bu il fevralın 1-də döyüşlərdə öldürülüb. Çeçen döyüşçüləri isə Ukraynanın sifarişini yerinə yetirməklə yanaşı öz komandirlərinin qisasını da almış olublar.

Ən maraqlısı isə Munayevin yaratdığı və terrorçuları maliyyələşdirməkdə ittiham olunan “Azad Qafqaz” hərəkatının tərkibində azərbaycanlı polkovnikin də adınının çəkilməsidir. Belə ki, batalyonun qərargah rəisinin Azərbaycan müdafiə nazirinin sabiq müavini olmuş və hazırda axtarışda olan İsa Sadıqov olduğu qeyd edilir.
Xəbəriniz olsun

23.06.2018 - Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə təsdiq edildi

23.06.2018 - Oğlu ilə gündəmə gələn Samir Şərifov... - Nazir yazıları dayandırmağa cəhd edir?

23.06.2018 - Hüseyn Abdullayevlə Eldar Mahmudovun əlaqələri təsbit olunub - İDDİA

23.06.2018 - Gəncə Dövlət Universitetində ixtisasdəyişmə imkanı - ELAN+ŞƏRTLƏR

23.06.2018 - "DÇ-2018": Messidən şok qərar

22.06.2018 - Pambıq tarlalarındakı kütləvi zəhərlənməyə görə 5 vəzifəli şəxs həbs edildi

22.06.2018 - Səfir Qüdsi Osmanovun oğlu sərhədi keçərkən saxlanıldı

22.06.2018 - “Nar”-dan “Samsung” smartfonu al, pulun bir hissəsi balansına qayıtsın!

22.06.2018 - Raqub Məmmədovun qardaşından reaksiya: "O adam mən deyiləm..."

22.06.2018 - 20 yaşlı nişanlı qızın iki uşaq atasıyla intim görüntüləri yayıldı - Lənkəranda - (+18) FOTO

22.06.2018 - Xorvatiya millisi argentinalıları darmadağın etdi

22.06.2018 - İsmayıllı: respublika rayonları içərisində də ilk nümunə və uğurlar

22.06.2018 - Bakı uğrunda amansız savaş: Abutalıbovun yerinə iki klanın namizədi kimdir?

Facebook