İntiqam Əliyevin məhkəməsində: “Pul yazılır, yalnız 500 manat verilirdi”

03 mart 2015
İntiqam Əliyevin məhkəməsində: “Pul yazılır, yalnız 500 manat verilirdi”Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi, Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.

Virtualaz.org saytı xəbər verir ki, prosesə hakim Rasim Sadıxov sədrlik edir.

Zərərçəkən Gülşən Orucova prosesdə məhkəməyə və istintaqa verdiyi ifadə əsasında vəkillərin və hakimin suallarını cavablandırdı.

G.Orucova 2005-ci ildən İntiqam Əliyevlə çalışdığını və işlərin düzgün aparılmadığını dedi: “Həmişə ehtiyat edirdim. 2005-ci ildən görürdüm ki, işlər düzgün getmir. Bacım Əfsanə Orucovanın adına əməkhaqqı yazılırdı. Bunun müqabilində bacıma yalnız 500 manat pul verilib”.

G.Orucova özünün də 242 manat alacağının olduğunu bildirdi. İntiqam Əliyev isə zərərçəkənin yalan dediyini söylədi.

Məhkəmə prosesi saat 14:30-a təxirə salındı.

Xatırladaq ki, İntiqam Əliyev ötən il avqustun 8-də həbs olunub. Ona qarşı vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq, mənimsəmə kimi ittihamlar irəli sürülüb. Lakin yerli və beynəlxalq ictimaiyyət bu ittihamları qəbul etmir.
Xəbəriniz olsun

20.08.2018 - ABŞ-ın Ankaradakı səfirliyinə silahlı hücumda şübhəli bilinən şəxs saxlanılıb

20.08.2018 - “Azəriqaz” 30-a yaxın ailəni də evsiz qoymaq istəyir

19.08.2018 - Azərbaycanda benzin bahalaşdı

18.08.2018 - Merkelin Azərbaycan səfərinin arxasında nələr durur?

18.08.2018 - Elmar Vəliyevə sui-qəsd - yeni həbslər və təfərrüat

18.08.2018 - Azərbaycanlı məhbuslar İstanbulda aclıq aksiyası keçirir - Erməni rəisə görə

18.08.2018 - Trampdan Türkiyəyə: “Bu iş bitmədi, həzm etməyəcəyik”

18.08.2018 - Şoka düşəcəyiniz ənənə: Böyük qardaş özünə həyat yoldaşı seçir və bütün qardaşları onu…

18.08.2018 - Sabirabad icra başçısının qardaşı oğlu adam oğurlayıb – pul üstə…

17.08.2018 - Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar

17.08.2018 - “Qarabağ” “Şerif”lə nə nə vaxt meydana çıxacaq? - Avropa Liqası

17.08.2018 - Bakıda avtobusda qadına təcavüz edildi: Niyə mənə toxunursan? - VİDEO

17.08.2018 - Köçəryan Paşinyanı Qarabağ danışıqlarından “dovşan kimi qaçmaqda” günahlandırdı

Facebook