Ərdoğanın təyyarəsi gecə havada qaldı

04 mart 2015
Ərdoğanın təyyarəsi gecə havada qaldı

Səudiyyə Ərəbistanına rəsmi səfərini başa vuran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinə qayıdıb.

ANS PRESS-in məlumatına görə, Səud hava yollarından birinə aid sərnişin təyyarəsi Səbihə Gökçən hava limanında enişi zamanı texniki nasazlıq səbəbilə uçuş zolağında qalıb. Yaranan vəziyyətə görə hava limanınında yarım saat uçuşlar dayandırılıb. Hadisə gecə Bakı vaxtı ilə 00:30 radələrində baş verib.

Hava limanından verilən açıqlamada bildirilib ki, eniş həyata keçirə bilməyən təyyarələr havada tur atmalı olublar. Nasazlığı olan təyyarə uçuş zolağından aparıldıqdan sonra bütün reyslər bərpa edilib.

Havada qalan təyyarələrdən biri də Türkiyə prezidentinin olduğu təyyarə imiş. Uçuşlar dayandırılmazdan 10 dəqiqə əvvəl Ərdoğanın şəxsi təyyarəsi Ankaradan İstanbula doğru uçurmuş. Yaranan problem səbəbilə həmin təyyarənin havada 2 dəfə dövrə vurduğu, uçuşlar açıldıqdan 18 dəqiqə sonra endiyi bildirilir.

Türkiyə prezidenti və həyat yoldaşı hava limanından Üsküdardakı evlərinə yollanıblar.
Xəbəriniz olsun

25.06.2019 - Ulduzlar iyunun 25-ə nə vəd edir? - FAL

24.06.2019 - Sahil Babayevin 1 il 2 ayı: Müslümovdan qalan pafos, arıqlayan inəklər

24.06.2019 - Bakıda ana övladı ilə birgə intihar məqsədilə körpünün üstünə çıxıb

24.06.2019 - Ağsuda "Əjdaha" peyda oldu - Foto

24.06.2019 - Azərbaycandakı bu “pir”də ağacdan alt paltarı asırlar - FOTOLAR

24.06.2019 - Arvadını it zəncirinə bağladı, onu və 20 günlük körpəsini döyə-döyə öldürdü - TƏFƏRRÜAT

24.06.2019 - Yadplanetli gəmi qəzaya uğradı - İDDİA - FOTO

24.06.2019 - Nazirlikdən dərsliklərlə bağlı - ÇAĞIRIŞ

24.06.2019 - Müəllimin başına oyun açdılar - 1500 manat ödəyə bilməyib həbs olundu

24.06.2019 - Qadını təyyarədə unutdular - “Ayılanda...”

24.06.2019 - Azərbaycan millisi Avropa ikincisi oldu

24.06.2019 - “Sədərək” Ticarət Mərkəzində aksiya – Mağazalar bağlandı

24.06.2019 - Yol hərəkəti ilə bağlı qanunvericiliyə 2 nişan daxil edilir

Facebook