Ağdam Doğum Evində bazar

05 mart 2015
Ağdam Doğum Evində bazar
Baş həkim Fəridə Bağırova uşaq dünyaya gəlməmiş pulunu istəyir

Azərbaycanda tibb sektorunun hansı bərbad halda olduğu kimsəyə sirr deyil. Səhiyyə Nazirliyinin nəzarətsizliyi səbəbindən meydanda at oynadan həkimlər isə xəstələrə daha çox qazanc yeri kimi baxırlar.

Demokratiya.info xəbər verir ki, acınacaqlı durumda olan tibb ocaqlarından biri də Ağdam Doğum Evidir. Məlumatlara görə, bu Doğum Evinin rəhbəri Fəridə Bağırova sözün həqiqi mənasında bazar yaradıb. Belə ki, o, uşaq hələ dünyaya gəlməmiş onun pulunu valideynlərindən tələb edir. Bundan başqa, uşağ dünyaya gəldikdən sonra əlavə xərclər də tələb olunur. Məsələn, bu Doğum Evində dərmandan tutmuş, adi bintə qədər heç nə tapmaq mümkün deyil. Onu valideyn özü alıb gətirməlidir.

Fəridə Bağırova həmçinin palata pulu da alır ki, bu da xəstənin bir neçə gün xəstəxanada qalması üçün çox vacib şərtdir. Qiymətlər isə fərqlidir. Deyilənlərə görə, baş həkim pasientin geyiminə və davranışlarına xüsusi diqqət yetirir. Əyin-başı qismən yaxşı olanlar üçün qiymətlər 500 manata qədər yüksələ bilər. Kasıblar üçün isə bu rəqəm minimum 250 manatdır.
Xəbəriniz olsun

16.07.2018 - Rəsmi Tehran Gəncə hadisələrinə dair bəyanat verdi

16.07.2018 - Tramp Putinlə görüşmək üçün Finlandiyaya getdi

16.07.2018 - DÇ-2018-in ən yaxşıları açıqlandı

16.07.2018 - Gəncə hadisələrinin kölgədəki rejissoru: Tohid İbrahimlinin "Hüseynçilər" dəstəsi

16.07.2018 - ERMƏNİ KƏŞFİYYATÇISI ƏSİR GÖTÜRÜLDÜ – Diversiya cəhdi + FOTO

16.07.2018 - Gəncədə polisi qətlə yetirən Rəşad necə zərərsizləşdirilib? - DİN açıqladı

15.07.2018 - Azərbaycanın xüsusi xidmət orqanları Elmar Vəliyevə sui-qəsddə "Qum izi" aşkarladılar

15.07.2018 - Sumqayıta xüsusi təyinatlı bölmələr daxil oldu: həbslər başladı

14.07.2018 - Azərbaycan Milli Demokrat Partiyasının Gəncə hadisələri ilə bağlı bəyanatı

14.07.2018 - Nəsimi rayonunda sakinlər “müdafiə səddi” qurdular: İCRA BAŞÇISI "SƏNGƏRİN O TAYINDA" QALDI

14.07.2018 - Gəncədə Elmar Vəliyevə sui-qəsdin daha bir iştirakçısını həbs etdilər

14.07.2018 - Bakıda lift şaxtaya düşdü: Xəsarət alanlar var

14.07.2018 - Ramil Usubov polis rəislərini topladı

Facebook