"Azərbaycan millisi ilə bir şərtlə oynayarıq" – Şotlandiyadan mesaj

05 mart 2015
"Azərbaycan millisi ilə bir şərtlə oynayarıq" – Şotlandiyadan mesajFutbol üzrə Azərbaycan millisi komandası Robert Prosineçkinin rəhbərliyi altında ilk beynəlxalq yoldaşlıq oyununu iyunda keçirəcək.

"Report"un yaydığı xəbərə görə, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.

E.Məmmədov yoldaşlıq görüşünü Norveçlə "Avro-2016"nın seçmə qrup matçından öncəyə planlaşdırdıqlarını söyləyib. Baş katib hazırda bu məqsədlə 3 ölkə ilə danışıqlar apardıqlarını deyib: "Yoldaşlıq görüşünü 7-8 iyuna planlaşdırırıq. Mümkün rəqiblərdən biri Şotlandiyadır. Sadəcə, Şotlandiyanın teleyayım şərtləri çox ağırdır. Bir az çətin olacaq. Səfər oyunu olacağından, bizim telekanallar həmin oyunun yayım hüququnu almalıdırlar".

Federasiya rəsmisi yoldaşlıq görüşünü səfərdə keçirmək istədiklərini vurğulayıb: "Çünki həmin vaxt I Avropa Oyunları ərəfəsindədir və stadionlarımız da bu Oyunlarda istifadə olunacaq. Üstəlik, rəsmi oyun səfərdədirsə, yoldaşlıq oyununu da orada keçirmək daha məqsədəuyğundur".

Qeyd edək ki, Norveç və Azərbaycan yığmaları arasında "Avro-2016"nın seçmə qrup matçı iyunun 12-də keçiriləcək.
Xəbəriniz olsun

20.06.2018 - Sabiq nazir özünə məxsus klinikada həkim nəzarətidndədir - YANINA HEÇ KİM BURAXILMIR

20.06.2018 - “GünayBank”da 100 milyon oğurluq qalmaqalı – təfərrüat

20.06.2018 - Azərbaycan ordusunun Naxçıvandakı zəfərinin videosu yayımlandı

19.06.2018 - Qurban Qurbanov “Qarabağ”ın Çempionlar Liqasındakı ilk rəqibi barədə

19.06.2018 - Paşinyanı qətlə yetirmək istədilər

19.06.2018 - İntihardan öncə çəkib nişanlısına göndərdiyi duyğusal video: "Tərlan, məni unutma..."

19.06.2018 - Pambıq zəhərlənməsi naziri İmişliyə apardı

19.06.2018 - Ermənistanın təyyarəsi vuruldu - RƏSMİ

19.06.2018 - Dərnəgüldəki taxta bazarında yanğın: 500 minlik malı yanan ticarətçi özünü alovun içinə atdı

19.06.2018 - Qida Təhlükəsizliyi Agentliyində baytarlıq qaydaları: “Ət azı 2 dəfə bahalaşacaq…”

19.06.2018 - Neft dünyasında İsgəndər Şirəli hökmranlığı: Komleks Qazma İşləri Trestində nə baş verir?

19.06.2018 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi: Səfər Mehdiyev kimdir?

16.06.2018 - Zakir Həsənov müharibə anonsu verdi: "Hazır olmalıyıq..."

Facebook