Milli Şuranın mitinqinə icazə verildi - müəmmanın sonu

13 mart 2015
 Milli Şuranın mitinqinə icazə verildi - müəmmanın sonu
Aksiya ilə bağlı iki gün müəmmalı proses müşahidə olundu; BŞBPİ-nin rəis müavini təşkilatçılara xəbərdarlıq etdi

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın bahalaşma əleyhinə martın 15-nə təyin etdiyi mitinqlə bağlı müraciətə müsbət cavab verib. BŞİH mitinqin 15 mart saat 15.00-17.00 arası “İnşaatçılar” metro stansiyasının yaxınlığındakı “Məhsul” stadionunda keçirilməsinə razılıq verildiyinə dair təşkilatçılara rəsmi məktub göndərib. Mitinqə razılıq verilməsi ilə bağlı AXCP sədri Əli Kərimli də facebook səhifəsində məlumat paylaşıb və xalqı aksiyada iştiraka çağırıb.

Qeyd edək ki, Milli Şuranın 15 mart mitinqi ilə bağlı son iki gündə ard-arda müəmmalı xəbərlər yayılıb. Martın 11-də facebookda mitinqə icazə verilmədiyi barədə məlumat və BŞİH-in şöbə müdiri Zaur Ramazanovun adından gəldiyi iddia edilən məktub yerləşdirilib. Mitinq komitəsi isə dərhal xəbəri təkzib edib və Zaur Ramazanovun belə bir məktubunun olmadığı ortaya çıxıb.

Martın 12-də isə günün birinci yarısı növbəti müəmma baş verib. Belə ki, Milli Şuranın sədri Cəmil Həsənlinin adından onun facebook səhifəsində belə bir məlumat yerləşdirilib ki, guya Bakı Şəhər İcra Hakimiyyəti 15 mart mitinqinə razılıq verməyib və aksiyanın 22 marta keçirilməsini tövsiyə edib, Milli Şura da aksiyanın vaxtını martın 22-nə dəyişib.

Cəmil Həsənli dərhal açıqlama verib ki, onun adından yayılan məlumat yalandır. Belə ki, onun facebook səhifəsinə müdaxilə olunub, bu saxta məlumat orada yerləşdirilib. Bundan başqa, onun səhifəsindən həm 15 mart mitinqinə, həm də bundan əvvəl yaradılan dəvətlərin hamısı silinib.

Əli Kərimli qeyd edib ki, bu, hökumətin yeni təxribatıdır: “15 mart mitinqinə çağırış eventinin əvvəlcə vaxtını dəyişdilər, sonra isə eventi ləğv etdilər”.

O, bu hərəkəti müxalifətə qarşı təxribat adlandırıb, deyib ki, 15 mart mitinqinin kütləvi alınmasından qorxuya düşüblər: “Belə yalan məlumatlarla çaşqınlıq yaratmaq istəyirlər ki, mitinqə çox adam gəlməsin. İndi əmin oldunuzmu ki, hökumət xalqın hamılıqla hüquqlarını tələb etməsindən qorxur. Onları güclü edən bizim indiyə qədərki biganəliyimiz, özünə inamsızlığımız olub.15 mart hakimiyyəti məyus etmək, hüquqlarımızı uca səslə tələb etmək üçün bir fürsətdir”.


BŞİH-in rəsmi razılığının açıqlanmasından sonra Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın martın 15-də keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib. İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov APA-ya açıqlamasında bildirib ki, Milli Şuranın Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər hansı təxribatın baş verməsinə imkan verilməyəcək: “Biz mitinqin təşkilatçılarını Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edəcəyik. Onlara bu barədə xəbərdarlıq ediləcək. Mitinqdə aksiyanın keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cavab verəcəklər”.

MŞ isə xalqı mitinqə çağırıb və çağırışda bəyan edilib ki, qurum aksiyanın qanunlara uyğun keçirilməsində maraqlıdır. Mitinqə Milli Şuranın üzvü olmayan partiyalardan heç biri partiya olaraq qatılmaq barədə qərar verməyib. Müsavat Partiyası bir neçə gün öncə məsələni müzakirə edib. MŞ-nin 15 marta təyin etdiyi mitinqdə müsavatçıların iştirakı məsələsinin sərbəst buraxılması haqda qərar qəbul edilib. Bir sıra müsavatçılar artıq elan ediblər ki, fərdi qaydada mitinqə qatılacaqlar. ADP və digər müxalif partiyalar da üzvlərinə mitinqdə iştirak məsələsində sərbəstlik verib.(musavat.com)
Xəbəriniz olsun

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

Facebook