Vidadi İsayevin qeyd dəftərindən ştrixlər: Hansı məmur nə qədər...

03 dekabr 2014
Vidadi İsayevin qeyd dəftərindən ştrixlər: Hansı məmur nə qədər... Bərdə rayonunda rüşvətxorluq və korrupsiya özünün çiçəklənmə dövrünü yaşayır. İcra başçısı Vidadi İsayev elə bir mexanizm işləyib ki, rayondakı bütün gəlirli sahələrin dəqiq qeydiyyatı aparılır və hər bir yerli məmur qazancına uyğun olaraq “haqq” verir.
Bu sözlər Savash.org-un elektron ünvanına Bərdə rayonundan daxil olan şikayət məktubunda qeyd olunub. Daxil olan məlumata görə büdcə təşkilatlarının müdirləri aylıq qazanclarının təxminən yarısını Vidadi İsayevlə bölüşürlər. Məlumatda həmçinin qeyd olunur ki, Vidadi İsayev özünə kiçik bir yaddaş kitabçası açıb və orada məmurların həyata keçirdiyi maxinasiyalar son qəpiyinə kimi qeyd olunub. İcra başçısı bu yolla idarə müdirlərinin ayda nə qədər qazanc əldə etdikləri dəqiqliyi ilə bilir.
İddialara görə, 1 ildən çoxdur ki, Bərdə idarə müdirləri icra başşçısı Vidadi İsayevə konkret olaraq siyahı ilə aylıq verirlər. Belə ki, 28 saylı Yol İstismar İdarəsinin müdiri İlham Əzimov ayda 3 min manat (həyata keçirdikləri yol maxinasiyalarından əlavə), Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlyas Hacıyev ayda 5 min manat, Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov ayda 5 min manat, Mərkəzi Xəstəxananın baş həkimi İftixar Zeynalov ayda 5 min manat, Bərdə Suvarma Sistemləri İdarəsinin müdiri Natiq Əhmədov, Qarabağ Meşə Meliorasiya İdarəsinin müdiri Rəşid Rzayev, Subartezan Quyularının İstismar İdarəsinin müdiri Firudun Baxşalıyev, Meliorasiya İdarəsinin müdiri Sərdar Əhmədov ümumilikdə 20 min manat hesab verirlər.
Mənbəmiz bildirir ki, su idarələrinin hesabını Suvarma Sistemləri İdrəsinin müdiri Natiq Əhmədov yığaraq Vidadi İsayevə çatdırır. Bildirək ki, Bərdə Suvarma Sistemləri İdarəsi rayonda ən çox korrupsiya yuvasına çevrilən müəsissələrdən biridir. Idarə müdiri Natiq Əhmədov Bərdədə ən imkanlı məmurlardan biri sayılır. Qeyd edək ki, Bərdə Suvarma Sistemləri İdarəsində həyata keçirilən korrupsiya maxinasiyaları ilə bağlı redaksiyamıza daxil olan ilginc informasiyaları yaxın günlərdə oxucularımıza təqdim edəcəyik.
Eyni zamanda həmin yazıda Bərdə şəhər icra nümayəndəsi Əli Fərzəliyevin vasitəçiliyi ilə həyata keçirilən təmir-tikinti maxinasiyalarının şok gizlinlərinə işıq salmağa çalışacağıq.
Qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq.
Xəbəriniz olsun

11.12.2018 - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami... - Vanqanın 2019-cu il PROQNOZLARI

11.12.2018 - Qurban Qurbanovdan çoxunu təəccübləndirən addım - AFFA-nın pulundan imtina etdi

11.12.2018 - Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”

11.12.2018 - Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək

11.12.2018 - Bakıda direktor arvadını 5-ci mərtəbədən ataraq öldürüb - Təfərrüat + FOTO

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

08.12.2018 - Qurban Qurbanov millidən getdi

06.12.2018 - Ukraynadakı səfirliyimiz Azərbaycan maraqlarının yorulmaz müdafiəçisi rolunda

06.12.2018 - Avropa İnsan Hüquqları Məhkəməsindən Seymur Həzi ilə bağlı qərar - Hökumət 14500 avro cərimələndi

06.12.2018 - Tramp Qafqazda hücuma keçəcək, hədəfdə Ermənistandır...

06.12.2018 - Eks-nazir qardaşından şok addım - Girov saxlayıb, hədə-qorxu ilə 140 min alıb

06.12.2018 - Əhməd Əhmədzadənin “EVRASCON”-la müdhiş işbirliyi - İTTİHAM

Facebook