Futbol millimizin baş məşqçisi rəsmən bəlli oldu

03 dekabr 2014
Futbol millimizin baş məşqçisi rəsmən bəlli olduBu gün AFFA-nın inzibati bınasında İcraiyyə Komitəsinin iclası keçirilib. "Qafqazinfo” xəbər verir ki, AFFA Robert Prosineçkini milli komandanın baş məşqçi postuna rəsmi olaraq təsdiqləyib. Beləliklə, bir müddətdir Azərbaycanda olan xoratiyalı baş məşqçi milli komandada Berti Foqtsu əvəzləyib.

Prosineçki 1969-cu ildə Almaniyada doğulub, ana vətəni Xorvatiyada böyüyüb. Futbolçu karyerasına Zaqreb "Dinamo”sunda başlayan Prosineçki daha sonra "Srvena Zvezda”nın (Serbiya) şərəfini qoruyub. Yarımmüdafiəçi mövqeyində oynayan futbolçu İspaniyanın "Real”, "Ovyedo”, "Barselona”, "Sevilya”, Belçikanın "Standard”, İngiltərənin "Portsmut” komandalarının və bir neçə başqa klubun da formasını geyinib.

Yuqoslaviya milli komandasında 15 oyun (4 qol), Xorvatiya yığmasında 49 oyun (10 qol) keçirib.

Gənclər arasında dünya çempionu (1987), gənclər arasında Avropa vitse-çempionu (1990), UEFA Çempionlar kubokunun sahibi (1991), dünya futbol çempionatının bürünc mükafatçısıdır (1998).

Müxtəlif ölkələrin milli çempionatlarında və kubok yarışlarında çoxsaylı mükafatlar qazanıb.

O, Xorvatiya yığmasının məşqçilərindən, "Srvena Zvezda”nın və Türkiyənin "Kayserispor” komandasının baş məşqçisi olub.
Xəbəriniz olsun

16.11.2018 - Ehtiram Xəlilov Kəmaləddin Heydərovu necə itirdi? – Təfərrüat

16.11.2018 - Bakıda evli qadınla sevgili olan kişi amansızlıqla öldürüldü - ŞOK FAKTLAR

16.11.2018 - “Abel Məhərrəmovun konfransda kefli çıxış edib” – Deputat təsdiqlədi

16.11.2018 - İdris İsayev təhsil nazirinin müavini təyin olundu

15.11.2018 - Abel Məhərrəmov rektor vəzifəsindən çıxarıldı - Səbəblər: Madriddəki sərxoşluq, 2 tonluq yük və...

15.11.2018 - “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

15.11.2018 - Prezident Gəray Fərhadovu işdən çıxartdı

15.11.2018 - “Paşinyan əraziləri Azərbaycana verəcək” - Erməni siyasətçi

15.11.2018 - Masallının təhsil "şefi" haqda şok dosye nazirə təqdim olundu: "Əvvəl qapıçı işləyib, indi isə..."

15.11.2018 - Farerin millimizlə oyun üçün start heyəti - 3 hücumçu

15.11.2018 - Xaşoginin nişanlısı: Qətlin iştirakçısı, yoxsa "Müsəlman qardaşları"nın üzvü?

15.11.2018 - "İndi mən camaatın arasına necə çıxım?" - Deputatdan etiraz

15.11.2018 - Eldar Əzizov Bakı meri oldu - Sərəncam

Facebook