Millimizin baş məşqçisi istefa verdi: "Belə komandayla işləmək istəmirəm"

22 mart 2015
Millimizin baş məşqçisi istefa verdi: "Belə komandayla işləmək istəmirəm""Biz çox aciz komanda gördük".

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Mirbağır İsayev istefa verib.

Savash.org-un qol.az-a istinadən xəbərinə görə, buna M.İsayevin komandasının Bakıda keçirilən Avropa çempionatının elit-raund mərhələsində acınacaqlı çıxışı səbəb olub.

Azərbaycan millisi qrupa keçirdiyi hər üç oyunda uduzub, rəqib qapısına bir qol vura bilməyib, öz qapısından isə 11 qol buraxıb.

M.İsayev özü istefa verdiyini təsdiqləyib.

Gənc mütəxəssis səbəb kimi Avropa çempionatının elit-raundunda komandasının aciz çıxışını göstərib:

"Biz çox aciz komanda gördük, futbolçularım turnir boyunca xarakter göstərmədilər. Mən belə komanda ilə işləmək istəmirəm. Ona görə də istefa verdim. AFFA rəhbərliyi istefamı qəbul etməsə belə, bu komanda ilə çalışmayacağam".
Xəbəriniz olsun

25.06.2019 - Ulduzlar iyunun 25-ə nə vəd edir? - FAL

24.06.2019 - Sahil Babayevin 1 il 2 ayı: Müslümovdan qalan pafos, arıqlayan inəklər

24.06.2019 - Bakıda ana övladı ilə birgə intihar məqsədilə körpünün üstünə çıxıb

24.06.2019 - Ağsuda "Əjdaha" peyda oldu - Foto

24.06.2019 - Azərbaycandakı bu “pir”də ağacdan alt paltarı asırlar - FOTOLAR

24.06.2019 - Arvadını it zəncirinə bağladı, onu və 20 günlük körpəsini döyə-döyə öldürdü - TƏFƏRRÜAT

24.06.2019 - Yadplanetli gəmi qəzaya uğradı - İDDİA - FOTO

24.06.2019 - Nazirlikdən dərsliklərlə bağlı - ÇAĞIRIŞ

24.06.2019 - Müəllimin başına oyun açdılar - 1500 manat ödəyə bilməyib həbs olundu

24.06.2019 - Qadını təyyarədə unutdular - “Ayılanda...”

24.06.2019 - Azərbaycan millisi Avropa ikincisi oldu

24.06.2019 - “Sədərək” Ticarət Mərkəzində aksiya – Mağazalar bağlandı

24.06.2019 - Yol hərəkəti ilə bağlı qanunvericiliyə 2 nişan daxil edilir

Facebook