"Qəbələ" "Qalatasaray"la qarşılaşacaq

26 mart 2015
"Qəbələ" "Qalatasaray"la qarşılaşacaq“Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandasının iştirak edəcəyi “VI Manavqat” turnirində qrupların tərkibi və oyunların təqvimi müəyyənləşib.

ANS PRESS-in məlumatına görə, Türkiyədə təşkil olunan ənənəvi beynəlxalq turnirdə 22 komanda mübarizə aparacaq.

Martın 30-da start götürüb, aprelin 3-dək davam edəcək yarışda qonşu ölkənin “Qalatasaray”, “Beşiktaş” “Bursaspor”, İngiltərənin “Çelsi” kimi tanınmış klubları iştirak edəcək. Püşkə əsasən komandalar 4 qrupa bölünüb. “Qəbələ” 6 komandanın yer aldığı D qrupunda qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” yerli “Qalatasaray”, “Seyrantepespor” və “Özerspor” həmçinin Almaniyanın “Berlin Türkiyemspor”, Danimarkanın “Nordsyelland” klubları ilə mübarizə aparacaq.

“Qəbələ” martın 30-da ilk matçını almaniyalılara qarşı keçirəcək. Bu matç Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. 13:30-da “Qalatasaray”la üz-üzə gələcək futbolçularımız qrupdakı növbəti 2 oyununa ertəsi gün çıxacaq. Saat 17:45-də “Seyrantepespor”, 19:15-də “Özərspor” u sınağa çəkəcək “Qəbələ” aprelin 1-də baş tutacaq son turda danimarkalılarla üz-üzə gələcək. Bu oyunun start fiti saat 13:30-da veriləcək.

Hər qrupun iki ən yaxşısı 1-8-ci, 3-4-cü yer sahibləri isə 9-16-cı, 5-ci yeri tutanlar isə 17-20-ci yerlər uğrunda mübarizə aparacaq. Aprelin 2-də ilk iki “səkkizlik”də mübarizə aparanlar 2, “dördlük”dəkilər 1 matçda qüvvəsini sınayacaq. Turnirin son günündə isə həlledici qarşılaşmalar baş tutacaq
Xəbəriniz olsun

24.02.2018 - Ziya Bünyadovun qətlinin üstü baş prokurorun kabinetində açılıb - sensasion təfərrüat

24.02.2018 - Qarabağda yeni müharibə anonsu - “Putin Bakıdan möhlət istəyib...”

23.02.2018 - Əli Həsənovun daha bir nəvəsi barədə qalmaqal – Harınlığın “yaşıl izi”

23.02.2018 - Prezident çoxuşaqlı qadınlara verilən müavinətin məbləğini artırdı

23.02.2018 - Sumqayıtda gənc oğlanı borca görə döyüb diri-diri basdırdılar...

23.02.2018 - “Nar” Texniki Universitetin ən yaxşı tələbələrini mükafatlandırıb

22.02.2018 - Azərbaycanda bu yol pullu olacaq - ƏHALİNİN NƏZƏRİNƏ

22.02.2018 - "Gülənçi” olan 2 türkiyəli məhkəmədən qaçırıldı - Bakıda şok hadisə

22.02.2018 - 56 yaşlı Abşeron sakini özünü asaraq intihar edib

22.02.2018 - Gürcüstandan gətirilən maşınlar haqda şok faktlar - Ekspertdən müsahibə

22.02.2018 - Bu rayonlarda insanlar çox yaşamır - I yeri müalicəvi Naftalan tutur

22.02.2018 - “Bank of Baku”nun özbaşınalıqları davam edir – GİLEY

22.02.2018 - Azad Rəhimovun oğlu ilə bağlı ilginc iddia

Facebook