Deputatın qardaşıoğlu adam öldürdü - ŞABRANDA

03 dekabr 2014
Deputatın qardaşıoğlu adam öldürdü - ŞABRANDABu gün Şabran rayonunda 2 saylı orta məktəbin fizika müəllimi Fikrət Əfəndinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yolu keçmək istəyən 62 yaşlı piyadanı vuran Şabran rayon sakini Süleymanov Kamran Nadir oğlu millət vəkili Tahir Süleymanovun qardaşı oğludur. Millət vəkilinin qardaşı və hadisəni törədən şəxsin atası Şabran rayonu Maliyyə İdarəsinin rəis müavinidir.

Xatırladaq ki, xəsarət alan şəxs Şabran Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Tahir Süleymanov Şabranın millət vəkilidir, o 2000, 2005 və 2010-cu illərdə 93 saylı seçki dairəsindən Milli Məclisə mandat alıb.

***
Deputat T. Süleymanov "Qafqazinfo"ya açıqlamasında hazırda xaricdə olduğunu bildirib. O, hadisədən xəbərsiz olduğunu və bu məlumatı ilk bizdən eşitdiyini qeyd edib.
Xəbəriniz olsun

16.07.2019 - Səhiyyə Nazirliyinin tender müəmması: Nəyə görə bu şirkət?

16.07.2019 - "Sədərək" Ticrarət Mərkəzinin sahibi cərimələndi – Xəzəri hasarladığına görə

16.07.2019 - “O əsgər atəş açsaydı, pis nəticələri olardı” – Tofiq Zülfüqarov

16.07.2019 - İranda qadınlar çadradan imtina edir – Yeni hərəkat

16.07.2019 - Sahil Babayev Səlim Müslümovun daha bir kadrını işdən çıxardı

16.07.2019 - Bakı metrosunda siqaret çəkən tapıldı və cərimələndi - FOTO

16.07.2019 - “10 milyard dollar oğurlandı, amma parlament müzakirə etmədi” - QALMAQAL

16.07.2019 - "Azarkeşlər meydanda döyüşkən futbolçu görəcəklər" - "Qarabağ"ın yeni transferi

16.07.2019 - BDU rektoru "üsyan" etdi: "Universitetdə mənə müqavimət göstərənlər var"

16.07.2019 - Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsindən azad edilib

16.07.2019 - “Keşikçidağ” məbədindəki ikonalar Gürcüstana verildi

16.07.2019 - Keşikçi Dağa giriş qadağan edildi

16.07.2019 - Azərbaycanda xanım aparıcı evində ruh aşkarladı - VİDEO

Facebook