Bakıda yük maşını sərnişin avtobusuna çırpıldı: 2 yaralı (FOTO)

27 mart 2015
Bakıda yük maşını sərnişin avtobusuna çırpıldı: 2 yaralı (FOTO)
Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Xocalı prospektində qeydə alınıb. "Shacman" markalı yük maşını dayanacaqda dayanan sərnişin avtobusuna çırpılıb. 30 saylı marşrut xətti ilə hərəkət edən avtobusda hadisə zamanı sərnişinlər olub. Sərnişinlərdən ikisi - 23 yaşlı Qasımova Ləman Asim qızı və 23 yaşlı Vəliəhədova Lamiyə Teymur qızı xəsarət alıblar. Xəsarət alanlardan biri hamilə olub. Hər iki yaralı 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, onlara sağ bud çanağının əzilməsi diaqnozu qoyulub.


Hadisə şahidlərinin sözlərinə görə, qəza zamanı Xocalı prospekti ilə "Shacman" markalı iki yük maşını hərəkət edirmiş. Bir-biri ilə yarışan yük maşınlarından biri keçsə də, ikinci "Shacman" qarşıda dayanan avtobusa çırpılıb. Avtobus dayanacağını taksilər zəbt etdiyindən, avtobus ikinci hərəkət zolağında dayanıbmış. Elə yük maşınının sürücüsü də qəzaya avtobusun ikinci hərəkət zolağında dayanmasının səbəb olduğunu iddia edir.

Qeyd edək ki, hadisə metronun "Xətai" stansiyasının qarşısındakı piyada zolağının üstündə baş verib. Həmin vaxt keçiddən piyada keçirmiş. Xoşbəxtlikdən piyada vaxtında geriyə qaça və heç bir xəsarət almadan qurtula bilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Xəbəriniz olsun

20.07.2018 - Cinsi əlaqədə ola bilməyən Adnan Oktar "kediciklər"ə bunu edirmiş - İYRƏNC ÜSUL

19.07.2018 - SAHİBKARLAR ZAKİR FƏRƏCOVDAN ŞİKAYƏTÇİDİR – “Dedi ki, sənin nəslində bir kişi yoxdur…” + FOTOLAR

19.07.2018 - Havanın temperaturu enəcək: güclü külək, şimşək, leysan və dolu gözlənilir

19.07.2018 - Paşinyandan Rusiya hərbi bazasına sərt reaksiya

19.07.2018 - Ramiz Zeynalov erasının sonu: “QAİ generalı”nın imperiyası süqut edir

19.07.2018 - “1000 bərəkət, halal nemət”dən dəhşətli kadrlar: ürəyi zəif olanlar baxmasın – 13+VİDEO

19.07.2018 - İran-Pakistan sərhədində atışma: bir hərbçi həlak oldu

19.07.2018 - KXCP sədrliyinə namizəddən Mirəlioğluna ittiham: "Zərdabinin ruhu, 12 nəfərlik partiya, Bəyi təhqir edənlərl ...

19.07.2018 - “Qarabağ”ın kapitanı komandanın növbəti rəqibi barədə

19.07.2018 - Səkkiz əcnəbi saxta sənədlərlə Azərbaycan sərhədini keçmək istədi

19.07.2018 - Özünü 17-ci mərtəbədən atan qız barədə - TƏFƏRRÜAT

19.07.2018 - Elə adamlara elmi adlar verilir ki, onlara qoyun otarmağa belə icazə vermək olmaz – Açıqlama

19.07.2018 - Kremlin şok “oktyabr ssenarisi”: Gəncə işindəki silah və qaz gizlinləri

Facebook