"Türk Hava Yolları"nın təyyarəsində bomba həyəcanı

29 mart 2015
"Türk Hava Yolları"nın təyyarəsində bomba həyəcanıBazar günü "Türk Hava Yolları" aviaşirkətinin İstanbul-Tokio reysi təyyarənin yük bölməsində bomba olması ehtimalı səbəbindən təcili olaraq dayandırılıb.

"Haber3" agentliyinin verdiyi məlumata görə, insident səhər saatlarında İstanbulun Atatürk beynəlxalq hava limanında yaşanıb.

Göyərtəsində 321 sərnişin olan "Boeing 777-300" təyyarəsi İstanbuldan Tokioya istiqamət alıb. Qara dəniz üzərində uçuş zamanı stüardessalardan biri tualet qapısının üstündə "C4 Kargo" yazısını görüb. Bu, nəzəri olaraq laynerin yük bölməsində plastik partlayıcının olduğunu göstərə bilər.

Hava gəmisinin kapitanı müvafiq yoxlama aparılması üçün aeroporta qayıtmaq icazəsi istəyib.

Mütəxəssislər təyyarədə bütün xidməti yükləri və sərnişinlərin baqajlarını yoxlayıb, lakin heç bir partlayıcı vasitə aşkar etməyiblər. Təyyarənin Tokioya bu axşam uçacağı bildirilir ("Trend").
Xəbəriniz olsun

25.06.2019 - Ulduzlar iyunun 25-ə nə vəd edir? - FAL

24.06.2019 - Sahil Babayevin 1 il 2 ayı: Müslümovdan qalan pafos, arıqlayan inəklər

24.06.2019 - Bakıda ana övladı ilə birgə intihar məqsədilə körpünün üstünə çıxıb

24.06.2019 - Ağsuda "Əjdaha" peyda oldu - Foto

24.06.2019 - Azərbaycandakı bu “pir”də ağacdan alt paltarı asırlar - FOTOLAR

24.06.2019 - Arvadını it zəncirinə bağladı, onu və 20 günlük körpəsini döyə-döyə öldürdü - TƏFƏRRÜAT

24.06.2019 - Yadplanetli gəmi qəzaya uğradı - İDDİA - FOTO

24.06.2019 - Nazirlikdən dərsliklərlə bağlı - ÇAĞIRIŞ

24.06.2019 - Müəllimin başına oyun açdılar - 1500 manat ödəyə bilməyib həbs olundu

24.06.2019 - Qadını təyyarədə unutdular - “Ayılanda...”

24.06.2019 - Azərbaycan millisi Avropa ikincisi oldu

24.06.2019 - “Sədərək” Ticarət Mərkəzində aksiya – Mağazalar bağlandı

24.06.2019 - Yol hərəkəti ilə bağlı qanunvericiliyə 2 nişan daxil edilir

Facebook