Arvadını öldürüb meyiti maşına qoydu, yolda qəzaya düşdü

30 mart 2015
Arvadını öldürüb meyiti maşına qoydu, yolda qəzaya düşdüDaxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri Göyçayda qətl hadisəsi ilə bağlı birgə məlumat yayıblar.

Məlumatda deyilir ki, martın 30-da saat 10 radələrində Göyçay-Ucar avtomobil yolunun Göyçay rayonu ərazisində rayon sakini, 1973-cü il təvəllüdlü Abdullayev Fərhad Qubad oğlu idarə etdiyi "VAZ-21074" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılıb, nəticədə aldığı bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı avtomobilin arxa salonunda qadın meyiti aşkar edilib. Araşdırmalarla meyitin F.Abdullayevin arvadı, 1981-ci il təvəllüdlü Lamiyə Abdullayeva olması müəyyən edilib və meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsində müayinə olunarkən üzərində çoxsaylı bıçaq xəsarətləri aşkar olunub.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində L.Abdullayevanın əri F.Abdullayev tərəfindən Ucar şəhərində yaşadıqları mənzildə qısqanclıq zəminində çoxsaylı bıçaq xəsarətləri yetirilərək qəsdən öldürüldüyü müəyyən edilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Xəbəriniz olsun

17.12.2017 - Mixail Saakaşvili binanın damına niyə çıxdı? – AÇIQLAMA

15.12.2017 - “Sumqayıt” “Qarabağ”ı Azərbaycan Kuboku yarışlarından kənarlaşdırdı

15.12.2017 - Müsavat başqanı “bandotdel”ə çağırılıb

15.12.2017 - “Nar” abunəçiləri həftə sonlarında pulsuz danışır

15.12.2017 - İlham Əliyev Sumqayıta gedib

15.12.2017 - Nadir Emin Ağalarovu yıxdı-sürüdü: Qədr bilən olsaydı, Leyla xanımın...

15.12.2017 - Əməkdar artistin oğlu azadlığa çıxdı

15.12.2017 - Azercell"dən soyğun kimi "rouminq" xidməti - Tanınmış bloggerin başına bu oyunu açdılar

15.12.2017 - Ulduzlar dekabrın 15-nə nə vəd edir - FAL

15.12.2017 - Ulduzlar dekabrın 15-nə nə vəd edir - FAL

15.12.2017 - Saakaşvili: Putin məndən şeytandan qorxduğu kimi qorxur

14.12.2017 - Putin: “Saakaşvilinin etdikləri Ukrayna xalqının üzündə tüpürcəkdir”

14.12.2017 - Bu dərmana görə 2 qurum üz-üzə gəldi - Biri qadağa qoydu, digəri isə...

14.12.2017 - Kamaləddin Heydərovun xalası oğlunun şirkətləri niyə bağlandı?

14.12.2017 - “Nar” BakuTel stendində keçirilmiş müsabiqənin qalibləri mükafatlandırıldı

14.12.2017 - İcra hakimiyyətinin baş mühasibi tutuldu - Rüşvət alıb sosial yardım düzəldirmiş

14.12.2017 - Müsavat başqanının müavini istefa verdi

14.12.2017 - “Qoca”nın qaçışına görə həbs olunan qarovul rəisindən – ETİRAF

12.12.2017 - BALACA CAHANDARA DƏSTƏK OLAQ!

Facebook