Sabiq hakimə 7 il həbs cəzası verildi

01 aprel 2015
Sabiq hakimə 7 il həbs cəzası verildiBu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan sabiq hakim Həsən Əliyevin, habelə Elman Məmmədov və Taleh Süleymanovun 6 aydan bəri davam edən cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, hakim Mübariz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Hökmə görə, Elman Məmmədov 8 il, Taleh Süleymanov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

Sabiq hakim Həsən Əliyev barəsində isə 7 il müddətinə həbs cəzası təyin edilib. O, məhkəmə zalındaca həbs olunub.

Qeyd edək ki, dövlət ittihamçısı Anar Mirikişiyev sabiq hakim Həsən Əliyevə 10, Elman Məmmədovla Taleh Süleymanovun hər birinə isə 9 il iş istəmişdi.

Xatırladaq ki, 2007-2014-cü illərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Həsən Əliyevin səlahiyyətlərinə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə ötən ilin fevral ayında xitam verilib.

Təxminən 5 ay sonra isə uzun illər prokurorluq və məhkəmə orqanlarında çalışan H.Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və 312.2-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Buna səbəb Ramazan Səlimov adlı şəxsin iddiası olub. R.Səlimov iddia edib ki, sabiq hakim ondan vəzifəyə düzəltmək vədi ilə 600 min manat pul alaraq qaytarmayıb.

Sabiq hakim isə ona elan olunmuş ittihamlarla nə istintaq zamanı, nə də məhkəmə prosesində razılaşmayıb, bütün bu olayların ona qarşı qurulmuş bir oyun olduğunu deyib.
Xəbəriniz olsun

23.06.2018 - Oğlu ilə gündəmə gələn Samir Şərifov... - Nazir yazıları dayandırmağa cəhd edir?

23.06.2018 - Hüseyn Abdullayevlə Eldar Mahmudovun əlaqələri təsbit olunub - İDDİA

23.06.2018 - Gəncə Dövlət Universitetində ixtisasdəyişmə imkanı - ELAN+ŞƏRTLƏR

23.06.2018 - "DÇ-2018": Messidən şok qərar

22.06.2018 - Pambıq tarlalarındakı kütləvi zəhərlənməyə görə 5 vəzifəli şəxs həbs edildi

22.06.2018 - Səfir Qüdsi Osmanovun oğlu sərhədi keçərkən saxlanıldı

22.06.2018 - “Nar”-dan “Samsung” smartfonu al, pulun bir hissəsi balansına qayıtsın!

22.06.2018 - Raqub Məmmədovun qardaşından reaksiya: "O adam mən deyiləm..."

22.06.2018 - 20 yaşlı nişanlı qızın iki uşaq atasıyla intim görüntüləri yayıldı - Lənkəranda - (+18) FOTO

22.06.2018 - Xorvatiya millisi argentinalıları darmadağın etdi

22.06.2018 - İsmayıllı: respublika rayonları içərisində də ilk nümunə və uğurlar

22.06.2018 - Bakı uğrunda amansız savaş: Abutalıbovun yerinə iki klanın namizədi kimdir?

21.06.2018 - Bir neçə şirkət rəhbəri həbs olundu - Göyçayda körpünün uçmasına görə

Facebook