Avtobus nahar üçün Hacıqabulda dayandı, restoranda çay içdi və...öldü - MÜƏMMA

03 dekabr 2014
Avtobus nahar üçün Hacıqabulda dayandı, restoranda çay içdi və...öldü - MÜƏMMAHacıqabul rayonunda 19 yaşlı gənc gözlənilmədən vəfat edib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının kənarında, Hacıqabul rayonunun Rəncbər kəndi ərazisində yerləşən restoranlardan birində qeydə alınıb.

Şirvan şəhər sakini G. Şıxbalaoğlu küçəsi 62, mənzil 11 ünvanında yaşayan 1995-ci il təvəllüdlü Musayev Mürsəl Mahir oğlu avtobusla Kürdəmirdən Bakıya gedərkən dayanacaqda olan restoranda həyat yoldaşı ilə çay içərkən qəfildən halı pisləşib və dünyasını dəyişib.

Mürsəl Musayevin meyiti müayinə üçün Şirvan Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya mərkəzinə təhvil verilib.

Hacıqabul Rayon Prokurorluğundan bildirilib ki, Mürsəl Musayevin meyitinin müayinəsi zamanı ekspertiza nümunələri götürülüb və Bakıya Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib. Yalnız ekspertizanın rəyindən sonra istintaq onun hansı şəraitdə öldüyünü müəyyən edəcək.

Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda araşdırma aparılır.
Xəbəriniz olsun

19.07.2018 - Havanın temperaturu enəcək: güclü külək, şimşək, leysan və dolu gözlənilir

19.07.2018 - Paşinyandan Rusiya hərbi bazasına sərt reaksiya

19.07.2018 - Ramiz Zeynalov erasının sonu: “QAİ generalı”nın imperiyası süqut edir

19.07.2018 - “1000 bərəkət, halal nemət”dən dəhşətli kadrlar: ürəyi zəif olanlar baxmasın – 13+VİDEO

19.07.2018 - İran-Pakistan sərhədində atışma: bir hərbçi həlak oldu

19.07.2018 - KXCP sədrliyinə namizəddən Mirəlioğluna ittiham: "Zərdabinin ruhu, 12 nəfərlik partiya, Bəyi təhqir edənlərl ...

19.07.2018 - “Qarabağ”ın kapitanı komandanın növbəti rəqibi barədə

19.07.2018 - Səkkiz əcnəbi saxta sənədlərlə Azərbaycan sərhədini keçmək istədi

19.07.2018 - Özünü 17-ci mərtəbədən atan qız barədə - TƏFƏRRÜAT

19.07.2018 - Elə adamlara elmi adlar verilir ki, onlara qoyun otarmağa belə icazə vermək olmaz – Açıqlama

19.07.2018 - Kremlin şok “oktyabr ssenarisi”: Gəncə işindəki silah və qaz gizlinləri

18.07.2018 - Əməkdar artistə qarşı 32 min manatlıq dələduzluq

18.07.2018 - İcra Hakimiyyətinin qarşısında özünü yandırmaq istədi – Azərbaycanda

Facebook