“Dollar 5 manata qədər bahalaşa bilər”​ - ŞOK İDDİA

01 aprel 2015
“Dollar 5 manata qədər bahalaşa bilər”​ - ŞOK İDDİA“Azərbaycanda manatın yeni devalvasiyası qaçılmazdır. Əgər neftin qiyməti əvvəlki səviyyədə qalsa, manatın dollara nisbətən daha bir neçə punkt ucuzlaşacağı gözlənilir”.

Bunu virtualaz.org saytına açıqlamasında iqtisadiyyat nazirinin sabiq müavini, iqtisad elmləri doktoru Oqtay Haqverdiyev deyib.

Mərkəzi Bankın sədri Elman Rüstəmovun üzən məzənnə kursuna keçidə hazırlıqla bağlı bugünkü açıqlamasını şərh edən iqtisadçı bildirib ki, manatın devalvasiyası ilə bağlı nəsə baş versə, bu, yalnız dövlət büdcəsinə yenidən baxılandan sonra olacaq: “Bunun nə vaxt - mayda, yoxsa iyunda baş verəcəyini indidən söyləmək çətindir”.

O.Haqverdiyev deyir ki, “üzən məzənnə” termini manatın kursunun bazar tərəfindən müəyyənləşdiriləcəyi deməkdir: “Falabaxanlıq eləyib manatın bazar dəyərinin nə qədər olacağını deyə bilmərəm. Amma 1 dollar hətta 3-5 manata qədər də bahalaşa bilər. Bir çox ölkələr bu yolu keçiblər. Görünür, biz də keçməliyik”.

Bununla belə O.Haqverdiyev hesab edir ki, Azərbaycan hələlik növbəti devalvasiyaya getmir və manatın kursunu saxlayır: “Lakin bu da əbədi davam edə bilməz. Neftin qiymətlərinin düşdüyü və qlobal iqtisadi böhranın davam etdiyi indiki vaxtda ölkənin valyuta ehtiyatlarını qoruyub saxlamaq lazımdır. Bu pulları manatın kursunu saxlamağa xərcləməyin nə mənası var?!”
Xəbəriniz olsun

21.11.2018 - Abel Məhərrəmov danışdı: "Şouya çevirmək istəyirlər..."

21.11.2018 - Abel Məhərrəmova 1 həftə vaxt verildi - Kabineti boşaltmaq üçün

21.11.2018 - Direktoru döyən aktyor danışdı – Təhsil Nazirliyini ittiham etdi

20.11.2018 - Millinin ölüm-qalım mübarizəsi – 90 dəqiqəlik savaş

20.11.2018 - Gənc oğlan toy günü özünü asdı: - “Atasının bu sözlərindən sonra...”

20.11.2018 - "Azərbaycan banklara olan 5 minə qədər borcları silinməlidir" - Qubad İbadoğlu hökumətə səsləndi

20.11.2018 - Gəncədəki partlayışda ölənlərin sayı 3-ə çatdı: Kəmaləddin Heydərov hadisə yerinə getdi

19.11.2018 - “Veysəloğlu” şirkətinə kiflənmiş “Ozmo” ittihamı – Foto

19.11.2018 - Səudiyyəyə gedən prezident yoxa çıxıb: 1 aydır xəbər yoxdur…

19.11.2018 - Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinə basqı+VİDEO

19.11.2018 - MTN generalı Ülvi Quliyevin deputatlıq yolunu bağladı – Sirr

19.11.2018 - Əli Kərimli sərbəst buraxıldı: 2500 manat cərimələndi

18.11.2018 - “WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir

Facebook