“Mən məhkəmə sədri olanda, Cahangir Əsgərov Zabratda motor yağlayırdı” - QALMAQAL

02 aprel 2015
“Mən məhkəmə sədri olanda, Cahangir Əsgərov Zabratda motor yağlayırdı” - QALMAQAL“Aslan İsmayılov deyəndə ki, adicə adamdır, adicə vətəndaşdır da, hüquqşünasdır. Onun dediyi həqiqəti əks etdirmir. Çünki biz heç kimi… Monopolist kimi çalışmırıq və qiymətləri də artırmamışıq. Yalnız biletlər avro ilə satıldığı üçün kursa uyğun olaraq qiymətlər bir az artıb.”

Bunları “Azərbaycan Hava Yolları” şirkətinin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli “Bizim Yol” qəzetinə açıqlamasında vəkil Aslan İsmayılovun ittihamlarına münasibət bildirərkən deyib.

A.İsmayılov bir neçə gün əvvəl AZAL prezidenti Cahangir Əsgərova qarşı bir sıra ittihamlar irəli sürmüş, onu Azərbaycan xalqına düşmənçilikdə suçlamışdı. Məhərrəm Səfərli isə vəklin ittihamlarını təkzib edib və onu yalan danışmaqda qınayıb.

Qarşı tərəfin cavabı özünü çox gözlətməyib. A.İsmayılov bu gün Feysbukda yeni açıqlama yayaraq, AZAL rəhbərliyini hədələyib. Savash.org AzPolitika.info-ya istinadla A.İsmayılovun açıqlamasını təqdim edir:

“Bu gün ‪AZAL‬-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin, rəhbərinin mədəniyyətinə uyğun tərzdə verdiyi müsahibə ilə tanış oldum. Müsahibənin verilmə tərzi, “limonad, korjik” hissəsi həmin şirkətin səviyyəsinin göstəricisidir. Məni isə maraqlandıran iki məqamdır.

Birincisi, M.Səfərlinin “Aslan İsmayılov deyəndə ki, adicə adamdır, adicə vətəndaşdır da, hüquqşünasdır” deməsi bir daha göstərir ki, bu şirkətin rəhbərliyi və əməkdaşları sadə vətəndaşları insan hesab etmirlər və onların rahatlığı ilə əsla maraqlanmırlar. Yəqin ki, “AZAL”-la uçan hər kəs bu halın şahidi olub. Özüm dəfələrlə şahidi olmuşam ki, hər hansı vəzifəli şəxs hava limanında peyda olan kimi “AZAL” əməkdaşları onun qarşısına necə əyilə-əyilə qaçırlar və heç bir növbə gözlətmədən nəinki yüklərini, az qala özlərini də bellərinə mindirib avtomobillərinə qədər yola salırlar. Sadə vətəndaşların isə az qala dərilərini soyurlar, istənilən müraciətə kobud cavab verilir. Çünki rəhbərlərindən gördükləri budur! Cahangir Əsgərovun xüsusi kobudluğunu sadalamağa ehtiyac duymuram. Mən isə C.Əsgərovdan fərqli olaraq, heç vaxt, heç kimə yarınmadım, ləyaqətimi hər şeydən üstün tutdum, hələ 1986-cı ildə Rusiyanın ən səfalı rayonunda məhkəmə sədri işləyəndə C.Əsgərov yəqin ki, Zabratda motor yağlayırdı. Sonrakı vəzifələrimi sadalamağa ehtiyac durmuram və bu gün də şərəfimi qorumaqla sadə, Azərbaycan vətəndaşı olmağımla qürur duyuram! Xüsusilə qeyd etmək istəyirəm ki, nə Yunanıstan, nə də ki başqa bir ölkənin vətəndaşı deyiləm.

İkincisi, C.Əsgərovun sözcüsü məni yalan danışmaqda suçlayır. Heç vaxt yalan danışmamışam, yazdıqlarımın hamısı düzdür, bunları istənilən mənbələrdən yoxlamaq olar. Mən C.Əsgərov kimi insanların gözünə baxa-baxa yalan danışmağı bacarmıram. Başqa məsələ ki, “AZAL”-da baş verən korrupsiyanın cüzi bir hissəsinə nəzər salmışam. Əgər imkan tapıb qeydiyyatsız reyslərdən, dəyəri milyonlarla ölçülən qanunsuz yükdaşımalardan, Airport Gate, Baku Cargo Terminal, Duty Free, Ground Handling Company, Holiday Inn Baku airport, Azal Sıgorta, SKY Catering, Silk Way Business Aviation, Bank Silk Way, Silk Way Construction, SWIT, Silk Way Supply, Silk Way Technics, SW Travel-də baş verən korrupsiya mənbələrini araşdırsam, bu gün məni təhqir etmək istəyənlər qaçmağa yer axtaracaqlar.”

V.Nəsibov
Xəbəriniz olsun

11.10.2018 - Rusiya Avropa Şurasından çıxarıla bilər - Xəbərdarlıq

11.10.2018 - SSRİ-nin 5 qəpiyinin sahibi milyoner ola bilər: Diqqətlə baxın...

11.10.2018 - Paşinyan istefa verəcəyi günü açıqladı

11.10.2018 - “Korrupsiya dalğaları” Rauf Vəliyevin gəmilərini silkələyir - İTTİHAM

11.10.2018 - Taleh Qaraşovun Lənkərandakı idarəçiliyinə etiraz: "Rəzilliyin ünvanı..."

11.10.2018 - Zamirənin Londonda müsadirə edilən mülkləri, qolf klubu, özəl təyyarəsi... - FOTOLAR, İLK DƏFƏ

10.10.2018 - DİN Bakıda uşaqların "orqan mafiyası" tərəfindən "qaçırılması" iddiaları haqda

10.10.2018 - Kənan Məmmədov prezidentin siyasətinə qarşı: Bakı gömrüyü rəisinin “karandaş əməliyyatı”

10.10.2018 - “Nar”la bağlı suallara cavab ver və 250 danışıq dəqiqəsi qazan

10.10.2018 - İlham Əliyev: Tütün bitməyən ölkələr bizə siqaret ixrac edirlər, bu, dözülməzdir...

10.10.2018 - Serj Sarkisyan geri çəkildi, Paşinyan seçkiyə gedir

10.10.2018 - Rasim Məmmədov özünə zirehli maşın aldı - 1 milyon dollara (FOTO)

10.10.2018 - Bakı məktəbində 6-cı sinif şagirdi qaz balonu tətbiq etdi, 8 şagird xəstəxanaya aparıldı

Facebook