Beynəlxalq Banka yeni sədr təyin olundu

02 aprel 2015
Beynəlxalq Banka yeni sədr təyin olunduAzərbaycan Beynəlxalq Bankına yeni rəhbər təyin olunub.

Bu barədə "Qafqazinfo"ya məlumat Beynəlxalq Bankdan daxil olub. Məlumata görə, "Pasha Bank"ın sədri Fərid Axundov Beynəlxalq Banka sədr təyin edilib.

Məlumat üçün bildirək ki, Fərid Axundov 23 may, 1971-ci ildə anadan olub. Ali təhsilini 1987-1992-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun sənayenin planlaşdırılması fakültəsində alıb.1993-cu ildə Nottingem Trent Universitetinin (Bakı) menecment kurslarını bitirib. 1995-ci ildə Britaniyanın Mançester şəhərində yerləşən Salford Universitetinin biznesin administrasiyası fakültəsini bitirib.

03.1996-10.2003-cü illərdə Yaxın Şərq Britaniya Bankında maliyyə nəzarəti şöbəsinin meneceri, müştəri xidmətləri şöbəsinin meneceri, baş icraçı direktorun müavini vəzifələrində çalışıb.

10.2003-06.2005-ci illərdə QSC "Bank Standard" KB-nın İdarə Heyətinin sədri vəzifəsində əmək fəaliyyətini davam etdirib.

07.2005-03.2007-ci illərdə "F.T.F" MMC-nin direktoru vəzifəsində çalışıb.

30.06.2007-ci il tarixdən isə "Pasha Bank" ASC İdarə Heyətinin sədri vəzifəsində işləyib.

"Unibank"ın icraçı direktoru Cəlal Qasımov isə "Pasha Bank"ın İdarə Heyətinin sədri gətirilib. O həmçinin təhsil naziri Mikayıl Cabbarovun xalası oğludur.
Xəbəriniz olsun

11.10.2018 - Rusiya Avropa Şurasından çıxarıla bilər - Xəbərdarlıq

11.10.2018 - SSRİ-nin 5 qəpiyinin sahibi milyoner ola bilər: Diqqətlə baxın...

11.10.2018 - Paşinyan istefa verəcəyi günü açıqladı

11.10.2018 - “Korrupsiya dalğaları” Rauf Vəliyevin gəmilərini silkələyir - İTTİHAM

11.10.2018 - Taleh Qaraşovun Lənkərandakı idarəçiliyinə etiraz: "Rəzilliyin ünvanı..."

11.10.2018 - Zamirənin Londonda müsadirə edilən mülkləri, qolf klubu, özəl təyyarəsi... - FOTOLAR, İLK DƏFƏ

10.10.2018 - DİN Bakıda uşaqların "orqan mafiyası" tərəfindən "qaçırılması" iddiaları haqda

10.10.2018 - Kənan Məmmədov prezidentin siyasətinə qarşı: Bakı gömrüyü rəisinin “karandaş əməliyyatı”

10.10.2018 - “Nar”la bağlı suallara cavab ver və 250 danışıq dəqiqəsi qazan

10.10.2018 - İlham Əliyev: Tütün bitməyən ölkələr bizə siqaret ixrac edirlər, bu, dözülməzdir...

10.10.2018 - Serj Sarkisyan geri çəkildi, Paşinyan seçkiyə gedir

10.10.2018 - Rasim Məmmədov özünə zirehli maşın aldı - 1 milyon dollara (FOTO)

10.10.2018 - Bakı məktəbində 6-cı sinif şagirdi qaz balonu tətbiq etdi, 8 şagird xəstəxanaya aparıldı

Facebook