Acun azərbaycanlı modeli məhkəməyə verir

02 aprel 2015
Acun azərbaycanlı modeli məhkəməyə verirTürkiyənin məşhur “TV8” kanalında yayımlanan ən reytinqli moda proqramlardan olan “İşte Benim Stilim” azərbaycanlı iştirakçı Merlin Təranəni məhkəməyə vermək istəyir. Kulisin məlumatına görə bu barədə verilişin İnstagramda yer alan səhifələrində xəbər yayılıb.

Savash.org lent.az-a istinadən bildirir ki, verilişin yaxın zamanlarda başlayacaq 3-cü sezonunda 13 qızdan biri seçilən Merlin Təranə verilişə qatılmaqdan imtina edib. Buna görə də məşhur prodüsser Acunun rəhbəri olduğu “TV8” kanalı modeli məhkəməyə vermək qərarına gəlib.

Məsələ ilə bağlı Kulisə danışan Merlin Təranə “İşte Benim Stilim”” verilişinə həm maliyyə, həm də səhhəti ilə bağlı problemlərə görə qatıla bilmədiyini deyib: “Verilişin çəkilişləri gözlədiyimdən də artıq tez başladı və işlərimi yoluna qoya bilmədim. Əgər ciddi bir səbəb gətirməsəm məni məhkəməyə verə bilərlər. Çünki yarışmaya seçilən 13 qızdan biriyəm. Qatılmaqdan imtina etdiyim üçün onlar pis vəziyyətdə qalırlar. Buna görə, xəstəlik kağızımı aparmışam. Onlara təqdim edib bildirmişəm ki, həkimlər verilişdə iştirak etməyimi qadağan edib”.

Model daha sonra səhhətinin normallaşdığını bildirib.

Qeyd edək ki, Merlin Təranə Azad Azərbaycan televiziyasında yayımlanan “Özünə bax” moda verilişinin qalibi olub.
Xəbəriniz olsun

18.05.2019 - Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir

18.05.2019 - Azərbaycanda 3 ayda 4 min cütlük boşanıb

18.05.2019 - Elxan Məmmədov erməni futbolçuya söz verdi: “Gəlsin, problem olmayacaq...”

18.05.2019 - Bakıda qız süpürgəçi işləyən anasını döyüb, kibritlə yandırdı - VİDEO

18.05.2019 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

17.05.2019 - İTV-dən tərs qoyulan bayraqla bağlı AÇIQLAMA

17.05.2019 - Elinanın anası prezidentə şikayət etdi: "SİZİN NƏZARƏTİNİZ OLMASA..."

17.05.2019 - Azərbaycanda iki rayonun icra başçısı dəyişdirildi - SƏRƏNCAM

17.05.2019 - "Biz xalqa “can” desək, onlar bizə “azar” deyəcək”

17.05.2019 - Poroşenkoya Ukraynadan çıxmaq qadağan olundu - Siyahıda daha 179 nəfər var

17.05.2019 - Milli Məclisdə “Keşikçidağ” söhbəti

17.05.2019 - Ramil Usubov rəisi vəzifəsindən azad edib, Gəncəyə göndərdi

17.05.2019 - Öldürülən avtoritetin həyat yoldaşı danışdı: “Lotu Quli” dedi ki.....

Facebook