Qaradağ rayonunda tədbir: “Sağlam həyat naminə-Erkən nikaha yox deyək”

03 aprel 2015
Qaradağ rayonunda tədbir: “Sağlam həyat naminə-Erkən nikaha yox deyək” Qaradağ rayonu, Qobustan qəsəbəsində Aşıq Rza adına mədəniyyət evində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Qaradağ Rayon İcra Hakimiyyətilə birgə “Sağlam həyat naminə erkən nikaha yox deyək” mövzusunda tədbir keçirildi

Savash.org-a daxil olan məlumata görə tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, rayon hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə müəssisələrinin əməkdaşları, qəsəbənin Şamlı məscidinin imamı və rayon qəsəbə sakinləri iştirak edirdilər.

Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova ulu öndər Heydər Əliyevin hər zaman milli-mənəvi dəyərlərimizi xalqımızın ən böyük sərvəti hesab etdiyini bildirdi. Qeyd etdi ki, dövlətimiz ailə institutunun möhkəmləndirilməsi, uşaq və qadın hüquqlarının müdafiəsi sahəsində qarşıya qoyulmuş vəzifələri həyata keçirmək üçün məqsədyönlü siyasət yürüdür. Azərbaycanda qadın hüquqlarının reallaşdırılması və gender bərabərliyinin təmin olunması üçün geniş imkanlar açılıb, mühüm qanunlar qəbul edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva komitə tərəfindən əhalinin xüsusilə, gənclərin insan alveri, erkən nikah və qan qohumları arasında bağlanan nikahların yaratdığı fəsadlar barəsində və sağlam həyat tərzinin təbliği istiqamətində genişmiqyaslı maarifləndirmə işlərinin aparıldığını qeyd etdi.

Tədbirdə çıxış edən digər natiqlər erkən nikahların yaratdığı fəsadlar barədə danışdılar. Bildirdilər ki, bu gün dövlətimiz və cəmiyyətimiz öz layiqli, sosial-mənəvi inkişafını təmin edən, həyat strategiyasını gerçəkləşdirə bilən, fəal, güclü ailələrin formalaşması üçün çalışır. Bu istiqamətdə mütəmadi olaraq cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı, sağlam həyat tərzinin təbliği istiqamətində ardıcıl iş aparılmalıdır.
Xəbəriniz olsun

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

Facebook