Qarabağı azad etmək üçün qəfil gecə hücumu - (Müdafiə Nazirliyindən sensasion qərar)

03 aprel 2015
Qarabağı azad etmək üçün qəfil gecə hücumu - (Müdafiə Nazirliyindən sensasion qərar)Azərbaycan Müdafiə Nazirliyi ölkə silahlı qüvvələrinin tarixində ilk dəfə irimiqyaslı gecə manevrlərinə başlayacağını elan edib.

Savash.org saytı xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyinin rəsmi saytının yaydığı məlumatda bildirilir: “Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında aprelin 5-dən Silahlı Qüvvələrin bütün qoşun növlərinin cəlb olunması ilə ilk dəfə olaraq gecə vaxtı irimiqyaslı əməliyyat-taktiki təlimləri başlayacaq.

Təlimlərə 15000 nəfərədək şəxsi heyət, 200-dək zirehli texnika, raket və artilleriya qoşunlarının 300-dən artıq qurğusu, Hərbi-Hava Qüvvələrinin 12 ədəd döyüş helikopteri və 8 ədəd döyüş təyyarəsi, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə bölmələri və zenit-raket birləşmələri cəlb ediləcək.

Təlimlərdə quru qoşunlarının birləşmə və hissələrinin idarə olunması, hücum əməliyyatlarının təşkili və aparılması, gecə vaxtı və məhdud görmə şəraitində tank və PDM qruplarının düşmənin müdafiə xəttini yarması, eyni zamanda taktiki hava desantının düşmən bölmələrinin arxasına atılması, hücumda olan qoşunların dəstəyi üzrə hava hücumundan müdafiə qoşunlarının qarşılıqlı fəaliyyəti məsələlərinin öyrənilməsi mövzularında tapşırıqlar yerinə yetiriləcək.

Gecə şəraitində motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri, təyyarə və helikopterlər döyüş atışlı mərmi və raket buraxılışlarını, o cümlədən bombalamanı icra edəcəklər. Təlimlər aprelin 10-dək davam edəcək”.
Xəbəriniz olsun

14.08.2018 - İranda pulun üzərinə Azərbaycan haqda görün nə yazıldı...

14.08.2018 - Hakimiyyətin media kapitanları arasında savaş başladı: APA agentliyi niyə bağlandı?!

14.08.2018 - Ərdoğandan ABŞ-a BOYKOT HƏMLƏSİ: "Onların “Ayfon”u varsa, bizim də..."

13.08.2018 - "“Qarabağ”ın ilk dəqiqələrdən yüksək templə çıxış edəcəyini gözləyirik” - BATE-nin Baş məşqçisi

13.08.2018 - “Nar” müştəri loyallığı indeksinə görə liderdir

13.08.2018 - Türkiyənin ABŞ-a 2,8 trilyon dollarlıq cavabı

13.08.2018 - Müğənni Manaf Ağayevin intihar fikrindən daşındırdığı əlilə 4 otaqlı ev verildi

13.08.2018 - Bakıda intiharın qarşısı alındı

13.08.2018 - Fədayə Laçın məhkəmədə DANIŞDI: "Qoca ilə qatarda gizlin..."

13.08.2018 - İlqar Məmmədov azadlıqda: Şəki Apellyasiya məhkəməsi REAL sədri haqda qərar verdi

11.08.2018 - İran Türkiyənin müdafiəsinə qalxdı

11.08.2018 - SOCAR-da yüksək vəzifədə çalışan şəxsin oğlu intihar etdi – Evinin qarajında… – Foto

11.08.2018 - "Azərişıq" ASC şişirdilmiş borc qəbzləriylə bağlı açıqlama yaydı: "Günah kondinsionerlərdədir..."

Facebook