Ərinin az maaş almasına hirslənən qadın 2 uşağını küçəyə atdı

06 aprel 2015
Ərinin az maaş almasına hirslənən qadın 2 uşağını küçəyə atdı
Türkiyə vətəndaşı ilə ailə quran azərbaycanlı qadın ərinin evə az pul gətirməsinə hiddətlənərək iki azyaşlı uşağını küçəyə atıb.

Bu barədə virtualaz.org saytına Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

K.Ağazadənin sözlərinə görə, 4 və 7 yaşında olan uşaqlar birliyin sığınacaq evinə yerləşdirilib: “Həyat yoldaşına əsəbiləşən qadın bundan əvvəl də uşaqlarını atıbmış. Ata deyir ki, ailə münaqişəsinin səbəbi onun az maaş almasıdır. Hazırda uşaqların səhhəti normaldır. Azyaşlılar ataları ilə görüşə bilirlər”.

Birlik sədri qeyd etdi ki, uşaqların anasına qarşı məhkəmə iddiası qaldırılıb. Azyaşlılar anadan alınaraq atanın himayəsinə verilə bilər. Amma ata da uşaqlara baxa bilməyəcək.

K.Ağazadə rəhbərlik etdiyi sığınacaq evində hazırda 32 azyaşlının saxlanıldığını xatırlatdı: “Onların hamısı problemli ailələrin uşaqlarıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi övladlarına lazımi diqqət göstərməyən və öz vəzifələrinin öhdəsindən lazımınca gələ bilməyən valideynlərin azadlıqdan məhrum edilməsini təklif edib. Amma problem bununla da həll olunmayacaq. Çünki alternativ xidmətlər, qəyyumluq üçün sosial institutlar yoxdur. Valideyn məsuliyyətə cəlb edildiyi zaman uşağın taleyi necə olacaq? Valideynlik hüququndan məhrum edilmiş şəxslərin uşaqlarına kim baxacaq? Onları himayəyə götürmək istəyəcək ailələr də yoxdur. Uşaqlara müvəqqəti sahib çıxacaq sığınacaq evləri, mərkəzlər yoxdur. Belə çıxır ki, internatlar yenidən problemli ailələrin uşaqları ilə dolacaq”.

Uşaqlara qarşı davranışların hansı halda zorakılıq kimi qiymətləndiriləcəyi də hələlik bəlli deyil.

Qeyd edək ki, hazırda İnzibati Xətalar Məcəlləsinə əsasən, məsuliyyətsizliyə yol verən valideynlərə qarşı 20 manatdan 40 manatadək cərimə tətbiq edilir. Komitə uşaqlarını dilənçiliyə, küçə işlərinə cəlb edən, onları təhsildən yayındıran valideynlərlə bağlı məsuliyyət növlərinin müəyyənləşdirilməsini təklif edir.

Təkliflər sırasında uşağın dərsdən yayınmasına görə valideynlərin bir neçə gün azadlıqdan mərhum edilməsi məsələsi də var. Artıq cəzaların sərtləşdirilməsi barədə təkliflər paketi hazırlanaraq rəy alınması üçün müvafiq qurumlara təqdim edilib.
Xəbəriniz olsun

11.10.2018 - Rusiya Avropa Şurasından çıxarıla bilər - Xəbərdarlıq

11.10.2018 - SSRİ-nin 5 qəpiyinin sahibi milyoner ola bilər: Diqqətlə baxın...

11.10.2018 - Paşinyan istefa verəcəyi günü açıqladı

11.10.2018 - “Korrupsiya dalğaları” Rauf Vəliyevin gəmilərini silkələyir - İTTİHAM

11.10.2018 - Taleh Qaraşovun Lənkərandakı idarəçiliyinə etiraz: "Rəzilliyin ünvanı..."

11.10.2018 - Zamirənin Londonda müsadirə edilən mülkləri, qolf klubu, özəl təyyarəsi... - FOTOLAR, İLK DƏFƏ

10.10.2018 - DİN Bakıda uşaqların "orqan mafiyası" tərəfindən "qaçırılması" iddiaları haqda

10.10.2018 - Kənan Məmmədov prezidentin siyasətinə qarşı: Bakı gömrüyü rəisinin “karandaş əməliyyatı”

10.10.2018 - “Nar”la bağlı suallara cavab ver və 250 danışıq dəqiqəsi qazan

10.10.2018 - İlham Əliyev: Tütün bitməyən ölkələr bizə siqaret ixrac edirlər, bu, dözülməzdir...

10.10.2018 - Serj Sarkisyan geri çəkildi, Paşinyan seçkiyə gedir

10.10.2018 - Rasim Məmmədov özünə zirehli maşın aldı - 1 milyon dollara (FOTO)

10.10.2018 - Bakı məktəbində 6-cı sinif şagirdi qaz balonu tətbiq etdi, 8 şagird xəstəxanaya aparıldı

Facebook