"Neftçi"nin oyunçusu: "Bu ədəbsiz jest deyildi, amma..."

06 aprel 2015
"Neftçi"nin oyunçusu: "Bu ədəbsiz jest deyildi, amma..."“Neftçi” Peşəkar Futbol Klubunun futbolçusu Julius Vobay premyer-liqanın 28-ci turunda “Simurq” klubu ilə səfər oyununda ədəbsiz jest etməsi ilə bağlı iddialara cavab verib.

Klubun saytında verilən məlumata görə, syerra-leoneli futbolçu bunları bildirib: “Dünən oyundan sonra da mənə bu barədə sual verildi. Açığı, söhbətin nədən getdiyini bilmirdim. Bu gün kadrları izlədim. Mənə təəccüblü gəldi ki, bu hərəkətim ədəbsiz jest kimi qiymətləndirilib. Halbuki mən bu hərəkətimlə vurduğumuz qolda pay sahibləri olan Nikolas Kanales, Əziz Quliyev, həmçinin qapıçımız Aqil Məmmədovla birgə qələbəni özüməməxsus tərzdə qeyd edirdim. Həmin epizodda ədəbsiz jestdən söhbət gedə bilməz.

Uzun illərdir Azərbaycandayam, bir müsəlman kimi bu xalqın inancına, adət-ənənəsinə az-çox bələdəm. Heç vaxt belə hərəkət etməmişəm, bundan sonra da etmərəm. Gərgin oyundan sonra qazandığımız qələbəni komanda yoldaşlarımla bu formada qeyd etdim. Əgər hər hansı azarkeş bu hərəkətimi qeyri-etik jest kimi başa düşübsə, mən həmin insanlardan üzr istəməyə hazıram. Kiminsə qəlbini qırmaq istəmərəm”.
Xəbəriniz olsun

20.08.2018 - ABŞ-ın Ankaradakı səfirliyinə silahlı hücumda şübhəli bilinən şəxs saxlanılıb

20.08.2018 - “Azəriqaz” 30-a yaxın ailəni də evsiz qoymaq istəyir

19.08.2018 - Azərbaycanda benzin bahalaşdı

18.08.2018 - Merkelin Azərbaycan səfərinin arxasında nələr durur?

18.08.2018 - Elmar Vəliyevə sui-qəsd - yeni həbslər və təfərrüat

18.08.2018 - Azərbaycanlı məhbuslar İstanbulda aclıq aksiyası keçirir - Erməni rəisə görə

18.08.2018 - Trampdan Türkiyəyə: “Bu iş bitmədi, həzm etməyəcəyik”

18.08.2018 - Şoka düşəcəyiniz ənənə: Böyük qardaş özünə həyat yoldaşı seçir və bütün qardaşları onu…

18.08.2018 - Sabirabad icra başçısının qardaşı oğlu adam oğurlayıb – pul üstə…

17.08.2018 - Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar

17.08.2018 - “Qarabağ” “Şerif”lə nə nə vaxt meydana çıxacaq? - Avropa Liqası

17.08.2018 - Bakıda avtobusda qadına təcavüz edildi: Niyə mənə toxunursan? - VİDEO

17.08.2018 - Köçəryan Paşinyanı Qarabağ danışıqlarından “dovşan kimi qaçmaqda” günahlandırdı

Facebook