Türkiyədə futbol dayandı: Oyunlar təxirə salındı

06 aprel 2015
Türkiyədə futbol dayandı: Oyunlar təxirə salındı Türkiyə superliqasında bu həftəsonu keçirilməsi nəzərdə tutulan 27-ci turun oyunları və kubok matçları bir həftəliyinə təxirə salınıb.

Qol.Az-ın məlumatına görə, bu barədə qərar Türkiyə Futbol Federasiyasının və klub rəhbərlərinin iştirakı ilə bu gün keçirilən zirvə toplantısında qəbul olunub.

Toplantıda Türkiyə millisinin baş məşqçisi Fatih Terim də iştirak edib. Superliqanın oyunlarının təxirə salınmasına səbəb ötən turda "Rizəspor" - "Fənərbaxça" matçından (1:5) sonra qonaq komandanı daşıyan avtobusun silahlı basqına məruz qalması səbəb olub.

Federasiya baş verən hadisədən sonra dünən "Fənərbaxça"nın kubokda "Mersin" və superliqada "Bursaspor"la keçirəcəyi görüşlərin təxirə salındığını açıqlayıb. Bu gün isə qarşıdakı həftələrdə superliqada və Türkiyə kubokunda analoji hadisənin bir daha təkrarlanması üçün görüləcək tədbirlər müzakirə olunub. Görüşün sonunda TFF superliqa oyunlarının bir həftəliyinə təxirə salındığını bəyan edib.
Xəbəriniz olsun

18.07.2018 - Əməkdar artistə qarşı 32 min manatlıq dələduzluq

18.07.2018 - İcra Hakimiyyətinin qarşısında özünü yandırmaq istədi – Azərbaycanda

18.07.2018 - Horadizdə pambıqçılığa həsr olunan müşavirə keçirilib

16.07.2018 - Rəsmi Tehran Gəncə hadisələrinə dair bəyanat verdi

16.07.2018 - Tramp Putinlə görüşmək üçün Finlandiyaya getdi

16.07.2018 - DÇ-2018-in ən yaxşıları açıqlandı

16.07.2018 - Gəncə hadisələrinin kölgədəki rejissoru: Tohid İbrahimlinin "Hüseynçilər" dəstəsi

16.07.2018 - ERMƏNİ KƏŞFİYYATÇISI ƏSİR GÖTÜRÜLDÜ – Diversiya cəhdi + FOTO

16.07.2018 - Gəncədə polisi qətlə yetirən Rəşad necə zərərsizləşdirilib? - DİN açıqladı

15.07.2018 - Azərbaycanın xüsusi xidmət orqanları Elmar Vəliyevə sui-qəsddə "Qum izi" aşkarladılar

15.07.2018 - Sumqayıta xüsusi təyinatlı bölmələr daxil oldu: həbslər başladı

14.07.2018 - Azərbaycan Milli Demokrat Partiyasının Gəncə hadisələri ilə bağlı bəyanatı

14.07.2018 - Nəsimi rayonunda sakinlər “müdafiə səddi” qurdular: İCRA BAŞÇISI "SƏNGƏRİN O TAYINDA" QALDI

Facebook