Gəncənin “təhsil şefi” Zakir Hüseynov icra başçısının qəzəbinə gəlib - TƏFƏRRÜAT

08 aprel 2015
Gəncənin “təhsil şefi” Zakir Hüseynov icra başçısının qəzəbinə gəlib - TƏFƏRRÜATAzərbaycanın təhsil sektorunda ciddi kadr əvəzetmələrinin baş verməsi gözlənilir. Daxil olan məlumatlara görə, bir neçə RTŞ müdirinin vəzifədən uzaqlaşdırılacağı, bəzilərinə isə hətta cinayət işi açılacağı gözlənilir. Bütün bunlar isə təsadüfi deyil, hazırda Təhsil Şöbələri həm yerli icra hakimiyyətləri, həm də RTŞ müdirləri üçün əvəzedilməz gəlir mənbəyinə çevrilib. Günü-gündən tənəzzülə uğrayan Azərbaycan təhsilini azacıq da olsa dirçəltmək üçün isə belə məmurlar öz layiqli cəzalarını almalıdırlar.

Təhsilin acınacaqlı olduğu, korrupsiya və rüşvətxorluğun tüğyan etdiyi məkanlardan biri isə Zakir Hüseynovun rəhbərlik etdiyi Gəncə Təhsil İdarəsidir. Qeyd edək ki, ölkənin ikinci böyük şəhəri olan Gəncədə daha qabarıq şəkildə müşahidə olunan təhsil özbaşınalıqları digər şəhər və rayonları kölgədə qoyur. Bununla bağlı Gəncədən Savash.org-a göndərilən şikayət məktubunda isə ilginc məqamlara işıq salınır.

Məktubda bildirilir ki, Gəncə Təhsil şöbəsinə rəhbərlik edən Zakir Hüseynov öz vəzifə səlahiyyətlərinin öhdəsindən lazımınca gələ bilmir, yalnız icra başçısı Elmar Vəliyevin tapşırıqlarını layiqincə yerinə yetirmək haqda düşünən Zakir Hüseynov deyəsən, Təhsil nazirliyinə tabe olduğunu belə unudub: “Zakir Hüseynov hər zaman deyir ki, Gəncənin sahibi Elmar Hüseynovdur, onun bir sözü iki ola bilməz. Mən də təhsil naziri Mikayıl Cabbarovdan qabaq məhz Elmar Vəliyevə tabeyəm”.

Mənbəmiz bildirir ki, Zakir Hüseynovun icra başçısına bu “sadiqliyi” əslində qarşılıqlı maraqların təmin olunmasından yaranır. Belə ki, istər Gəncə təhsilinə ayrılan küllü miqdarda vəsaitin “yeyilməsində”, istərsə də şəhərdəki təhsil ocaqlarından yığılan məbləğin bölüşdürülməsində icra başçısı ilə Zakir Hüseynov birgə hərəkət edir. Bu isə onların hər ikisinə kifayət qədər böyük kapital qazandırır".


Bununla belə mənbəmiz iddia edir ki, son zamanlar Zakir Hüseynovun icra başçısı ilə münasibətlərində soyuqluq müşahidə olunur və bu təhsil şefinin bəzi gizli əməliyyatları haqda başçısının məlumatlandırılmasından sonra yaranıb: “Gəncə təhsil Şöbəsinin məsul işçilərindən biri icra başçısı Elmar Vəliyevin ən inanılmış adamlarındandır. Elə həmin inanılmış adamı vasitəsilə Zakir Hüseynovun “ümumi katyol”dan pul gizlətməsi haqda məlumat alan icra başçısı ona qarşı əvvəlki etimadını itirib. Hətta icra başçısının bütün əlaqələrini işə salaraq Zakir Hüseynovu cəzalandırmaq, daha doğrusu vəzifədən azad etdirmək istədiyi də daxil olan məlumatlar arasındadır”.

Növbəti yazımızda isə icra başçısı ilə Zakir Hüseynovun münasibətlərinin soyumasına səbəb olmuş olayın şok təfərrüatlarını açıqlayacağıq.
SAVASH.ORG
Xəbəriniz olsun

17.02.2019 - Ülvi Quliyevi Avropadakı siyasi mühacirlə nə bağlayır?

17.02.2019 - "A kişi, dedim kəs!" — Binəqədidə ağacların kəsilməsinə əmr verən məmur kimdir? (VİDEO)

16.02.2019 - Milli Şura mitinq təyin etdi: Hakimiyyətin əsəbləri fevralın 23-də sınağa çəkiləcək

16.02.2019 - Moskvada azərbaycanlını qətlə yetirmiş şəxslər Rostovda yaxalandılar

16.02.2019 - Qarabağ əlilləri Nərimanov RİH başçısı müavinin üstünə yeridi: "Sən kimsən?" - ŞOK VİDEO

16.02.2019 - Bir adamın yaşadığı ada uğrunda iki ölkə döyüşür

16.02.2019 - Prezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM

16.02.2019 - BƏZİ İXTİSASLAR LƏĞV OLUNDU, BƏZİLƏRİ BİRLƏŞDİRİLDİ – Ali təhsildə dəyişikliklər

16.02.2019 - Əlixanın təhqirləri, “Neolit”ə basqın, Qərib Orucovun güllələnməsi... - MOSKVADA ƏSLİNDƏ NƏ BAŞ VERİB?

16.02.2019 - Qazaxda İsmayıl Şıxlının 100 illik yubiley tədbirinə hazırlıqla bağlı müşavirə keçirilib

15.02.2019 - Səhiyyə Nazirliyindən UCUZ ŞOU: Süni ürək əməliyyatı yalan çıxdı

15.02.2019 - İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdi

15.02.2019 - Zakir Fərəcovdan mətbuata fakt ötürən “memar”ın hekayəsi: Onun mediadakı “dostu” kimdir?

Facebook