İslam dünyasını ayağa qaldıracaq film- Peyğəmbər görüntülənəcək

04 dekabr 2014
İslam dünyasını ayağa qaldıracaq film- Peyğəmbər görüntülənəcək İslam dünyasını ayağa qaldıran addım bu dəfə İranda atılıb.

Savash.org modern.az-a istinadən xəbər verir ki, iranlı rejissor Məcid Məcidi peyğəmbər Həzrəti Məhəmmədin səsli və görüntülü olaraq təsvir ediləcəyi bir film çəkib. Sərt reaksiyalarla üzləşən filmlə bağlı Livan müftisi Məhəmməd Əli Əl Cuzu deyib:

“Bu addım İranın İslamdan əvvəl mənimsədiyi bütpərəstlik günlərinə geri qayıdır”.

“Məhəmməd” adlı filmdə peyğəmbərimiz Həzrəti Məhəmmədin həyatından bəhs olunur. Filmdə peyğəmbərin rolunda aktyorun oynadılması indidən hiddətə səbəb olub. Livan müftisi Əl Cuzu sözügedən filmə təpki göstərərək bunun İslama təhqir olduğunu deyib. Sözügedən filmin İranın paytaxtı Tehranda 2015-ci ilin fevral ayında keçiriləcək Şəfəq Kino Festivalında nümayiş etdiriləcəyi bildirilir. Çəkilişlərində son mərhələyə gəlinən filmin bölgədəki şiə- sünni gərginliyini daha da artırmasından narahatlıq ifadə olunur.

Filmdə Həzrəti Məhəmmədin uşaqlığından söhbət gedir. Film İslam dünyasında Fil hadisəsi kimi tanınan (Əbrəhənin Kəbəni yıxmağa çalışdığı il) Həzrət Məhəmmədin doğumu ilə başlayır.

Filmdə həmçinin, Həzrət Məhəmmədin uşaqlığında mühüm yer tutan anası Aminə, süd anası Halimə, babası Abdülmuttalibə də geniş yer verilir. Həzrət Məhəmmədin görüntülü və səsli bir şəkildə təmsil ediləcəyi film bu sahədə ilk olacaq. Ekranlarda nümayişinin başlamasının ardından İslam dünyasında, xüsusilə sünnilər arasında böyük reaksiyaya səbəb olacağı iddia edilir. Livan Müftisi Əl Cuzunun fikrincə, heç kim Həzrət Məhəmmədin şəxsiyyətini əks etdirə və onun rolunu oynaya bilməz.

Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya kimi bir çox İslam ölkəsində peyğəmbərlərin filmlərdə canlandırılmasının günah olduğu barədə fətvalar var.
Xəbəriniz olsun

16.08.2018 - Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı

16.08.2018 - Serj Sarkisyan da istintaqa cəlb edilir - RƏSMİ

16.08.2018 - “Rus NATO-su”nda baş katib qovğası – İrəvanın Bakı qarşısında diplomatik fiasko xofu

16.08.2018 - 596 bal topladı, ixtisas seçimi etdi, lakin kənarda qaldı - Qəbul imtahanında ilginc hadisə + FOTOFAKT

16.08.2018 - Füzulidə yas mərasimləri: Sadə, israfçılıqdan kənar, islami qaydalara uyğun

16.08.2018 - ABŞ vitse-prezidentindən Türkiyəyə çağırış-təhdid

16.08.2018 - “Nar” qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırdı

16.08.2018 - 4 nəfər eyni anda intihara əl atdı - Bakıda şok olay

15.08.2018 - Azərbaycanda benzin bu gecə bahalaşacaq: ŞOK GÖZLƏNTİ

15.08.2018 - “Mütəllibov pulları zirzəmidə saxlayırdı” – Araz Əlizadədən manat açıqlaması

15.08.2018 - "Rəis dedi ki, şərait yarat, Fədayə Etibarla görüşsün"- Həbsxana qaçışında yeni faktlar

15.08.2018 - İcra başçısının müavini idarə rəhbərlərindən qoyun istədi: çəkisi 15 kq-dan az olmasın - FOTOFAKT

15.08.2018 - “Azercell”də gün - gündən yeniləşən maxinasiya və ya qəpiklərin üstündə qurulan səltənət

Facebook