Kriminal aləmdə yeni hesablaşma: “Şakro”, “Taro”, “Lənkəranski”...

11 aprel 2015
Kriminal aləmdə yeni hesablaşma: “Şakro”, “Taro”, “Lənkəranski”...
Moskva ətrafında gözlənilən “oğru sxodkası” nəyi həll edəcək?
Kriminal aləmin nümayəndələri Moskvada “Şakro Molodoy” ləqəbli “qanuni oğru” Zaxari Kalaşovun başçılığı altında yeni böyük “sxodka” hazırlığına başlayıblar. Toplantıda kriminal aləmin “oğru” titulundan məhrum edilməsi nəzərdə tutulan konkret şəxslər haqda müzakirələr planlaşdırılır. Görüşdə 300-ə yaxın “qanuni oğru”nun iştirak edəcəyi gözlənilir.Yığıncaqda Tariyel Onianinin (“Taro”) keçmiş və hazırkı tərəfdarları arasında nəzərdə tutulan “müharibə” haqqında müzakirələr aparılacaq.

Rusiyada və keçmiş SSRİ məkanında kriminal aləmin ən əfsanəvi fiqurlarından biri - Tariel Oniani - “Taro” 1952-ci ildə Gürcüstanda (Tkibuli) anadan olub. Oniani “oğru tacını” 1970-ci illərdə alıb. SSRİ dönəmində - 1980-cı illərdə o, Moskvada ən nüfuzlu “qanuni oğru” kimi tanınıb. “Taro”nun slavyan qruplaşmasının lideri “Yaponçik”lə arasında həmişə problem olub.

2005-ci ildə İspaniya polisinin Avropada kriminal qruplaşmalara qarşı keçirdikləri irimiqyaslı əməliyyat zamanı bir neçə gürcü “vor zakon” həbs edilsə də, “Taro” polisdən gizlənə bilib. Amma bu əməliyyatda “Şakro Molodoy” həbs edilib ki, o da sonradan Oniani ilə konfliktə girib. 2009-cu ildə Oniani Rusiyada hüquq-mühafizə orqanlarının əlinə keçib. Oniani məhkəmənin qərarı ilə 10 il azadlıqdan məhrum edilib. Bundan sonra həm “Yaponçik”in, həm də “Ded”in ölümündə əsas suçlular sırasında onun da adı çəkilir. “Moskva sxodkası”nda verilən qərarlara Oninianin də mövqeyi həlledici olacaq.





Qeyd edək ki, yanvarın 6-da Ermənistanın Kotayk vilayətində “vor zakon”ların toplantısı keçirilməsi barədə məlumat yayılmışdı. Məlumatda bildirilirdi ki, “Şakro” “sxodka”da 2008-ci ildən başlayaraq “qanuni oğru” adının verilməsində özbaşınalıq olduğunu deyib. “Sxodka”da belə bir qərar qəbul olunub ki, son 6 ildə “tac” almış “oğru”ların titulu sual altına alınsın “Sxodka”da azərbaycanlı “qanuni oğru” Rövşən Canıyev (“Rövşən Lənkəranski”), Georgi Uqlava (“Taxi”) və Cemal Mikeladzenin (“Cemo”) “qanuni oğru” adı müzakirəyə çıxarıldığı və hətta azərbaycanlı “qanuni oğru”nun titulundan məhrum edildiyi deyilirdi. Lakin sonradan məlumat yayıldı ki, İrəvan yaxınlığında keçirilən “sxodka”da iştirak edən nüfuzlu “vor zakon”lar, eləcə də “Şakro Molodoy” “Rövşən Lənkəranski”nin və “Cemo” ləqəbli Cemal Mikaladzenin “vor” titulundan məhrum edilməsinə qarşı çıxıb. “Şakro” mövqeyini belə əsaslandırıb ki, “vor zakon”un taleyi onun özünün iştirakı olmadan həll edilə bilməz.



Ötən ilin oktyabrında İspaniya həbsxanasından azadlığa buraxılan 61 yaşlı yezidi kürdü “Şakro Molodoy” çoxdandır ki, belə bir geniş tərkibli “sxodka” təşkil etməyə çalışır.

Çünki Rusiya kriminal aləminin “xaç atası” sayılan “Ded Xasan”ın boş qalan taxt-tacına yiyələnmək iddiasında olan “Şakro Molodoy” mütləq gücünü göstərməlidir. “Ded Xasan”dan sonra xüsusilə onun yaxın qohumları olan yezidi kürdlər klanın əvvəlki nüfuzunu qorumağa çalışsalar da, buna nail ola bilməmişdilər. Üstəlik, klan liderinin qətlindən ötən müddətdə onun qanı da yerdə qalıb.



Yeri gəlmişkən, “Ded Xasan”ın qətli üzrə əsas şübhəli olan 12 aprel 1981-ci ildə anadan olmuş Ülfət Tağıyev (“Rüfət Gəncinski”) digər cinayət üçün cəzasını ciddi rejimli koloniyada çəkməklə 8 il azadlıqdan məhrum edilib.




Amma o hələ İstintaq təcridxanasında qalmalı olacaq. Belə ki, kriminal avtoritetin qətli üzrə istintaq davam edir. 2013-cü ilin sentyabrında DİN və FTX İdarəsinin əməkdaşları onu Moskvada saxlayıblar. O, paytaxta Türkiyə vətəndaşının pasportu ilə, saxta sənədlərlə gəlib. Əməliyyatçıların məlumatına əsasən o, “Rövşən Lənkəranski”yə yaxın əhatəsinə daxil idi və o, 2012-ci ildə Dubayda “qanuni oğru” adı almışdı. “Tağıyev uzun müddət ”Ded Xasan"ın əsas düşməni olan “Rövşən Lənkəranski”nin bandasının “ştatda olan” killeridir “ nəşrə hüquq-mühafizə orqanlarından olan mənbə bildirib. Qeyd edilir ki, ”Rüfət Gəncinski" “Ded Xasan”ın qətlinin sifarişçilərinin adını deməkdən imtina edib.

“Rövşən Lənkəranski”nin harada olduğu bilinmir. O, mütəşəkkil cinayətkarlıq, qəsb, rüşvətxorluq, çirkli pulların yuyulması və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinir. Onun həbsi barədə İtaliya məhkəməsi xüsusi qərar çıxarıb və saxlanılması üçün İnterpola müraciət edilib.
Xəbəriniz olsun

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

Facebook