Xoşqədəm ATV-dən Zaura görə gedib? - Səbəb bilindi

11 aprel 2015
Xoşqədəm ATV-dən Zaura görə gedib? - Səbəb bilindiTanınmış telejurnalist Xoşqədəm Baxşəliyevanın (Hidayətqızı) ATV-də yayımlanan populyar “Səni axtarıram” verilişini ANS TV-yə transfer etməsi hazırda ciddi şəkildə müzakirə olunmaqdadır.

Axar.az xəbər verir ki, reytinqli və baxımlı bir kanaldan populyar verilişin dayandırılıb, digər telekanala adladılması və bunun səbəbi barədə açıqlama verilməməsi ciddi suallar yaradır. Hazırda nə Xoşqədəm Hidayətqızının özü rəsmi açıqlama yayıb, nə də ATV rəhbərliyi. Ona görə də ehtimallara yol açılıb.

Ehtimallardan ən inandırıcısı isə ATV-dəki “Öz aramızda” adlı digər populyar veriliş və onun aparıcısı Zaur Baxşəliyevlə bağlıdır. Artıq bir müddətdir ki, Z.Baxşəliyev “Öz aramızda” verilişində proqramın formatına qətiyyən uyğun olmayan istiqamət seçib. Belə ki, hazırda “Öz aramızda” verilişində də itkin düşmüş insanların tapılması istiqamətində Z.Baxşəliyevin komandası çalışmaqdadır.

Sözügedən mövzular mart ayından üzübəri özünü göstərir. Yəni bir aydan artıqdır ki, “Öz aramızda” “səniaxtarıramlıqla” məşğuldur - atasının şiddətinə görə evdən qaçan gənci, 15 ildir ki, itkin düşən Tver vilayəti sakinini, 11 yaşlı Ceyhunu, 21 ildir ki, ailəsindən didərgin düşüb Qazaxıstanda yaşayan ailə başçısının tapılması və s. süjetləri misal göstərmək olar.

Görünür, Xoşqədəm Baxşəliyeva Z.Baxşəliyevin “Səni axtarıram” verilişinin formatına uyğun verilişlər hazırlamasından və onun mövzusunu mənimsəmə cəhdindən təbii narazılığını dilə gətirib. Bu haqlı narazılığı doğuran səbəbin aradan qaldırılmaması isə X.Baxşəliyevanı radikal addım atmağa - yəni verilişini komandası ilə birgə digər populyar kanala keçirməsinə səbəb olub.
Xəbəriniz olsun

11.10.2018 - Rusiya Avropa Şurasından çıxarıla bilər - Xəbərdarlıq

11.10.2018 - SSRİ-nin 5 qəpiyinin sahibi milyoner ola bilər: Diqqətlə baxın...

11.10.2018 - Paşinyan istefa verəcəyi günü açıqladı

11.10.2018 - “Korrupsiya dalğaları” Rauf Vəliyevin gəmilərini silkələyir - İTTİHAM

11.10.2018 - Taleh Qaraşovun Lənkərandakı idarəçiliyinə etiraz: "Rəzilliyin ünvanı..."

11.10.2018 - Zamirənin Londonda müsadirə edilən mülkləri, qolf klubu, özəl təyyarəsi... - FOTOLAR, İLK DƏFƏ

10.10.2018 - DİN Bakıda uşaqların "orqan mafiyası" tərəfindən "qaçırılması" iddiaları haqda

10.10.2018 - Kənan Məmmədov prezidentin siyasətinə qarşı: Bakı gömrüyü rəisinin “karandaş əməliyyatı”

10.10.2018 - “Nar”la bağlı suallara cavab ver və 250 danışıq dəqiqəsi qazan

10.10.2018 - İlham Əliyev: Tütün bitməyən ölkələr bizə siqaret ixrac edirlər, bu, dözülməzdir...

10.10.2018 - Serj Sarkisyan geri çəkildi, Paşinyan seçkiyə gedir

10.10.2018 - Rasim Məmmədov özünə zirehli maşın aldı - 1 milyon dollara (FOTO)

10.10.2018 - Bakı məktəbində 6-cı sinif şagirdi qaz balonu tətbiq etdi, 8 şagird xəstəxanaya aparıldı

Facebook