İcra başçısı sürücüsünü xanım müğənniyə zəng etdiyinə görə işdən çıxartdı – İLGİNC OLAY

13 aprel 2015
İcra başçısı sürücüsünü  xanım müğənniyə zəng etdiyinə görə işdən çıxartdı – İLGİNC OLAYBeyləqan rayon icra hakimiyyətinin başçısı bu günlərdə sürücüsünü işdən azad edib. İlk baxışdan medianın xüsusi diqqətini çəkməyə layiq olmayan bu məsələnin alt qatında ilginc təfərrüatların dayandığını nəzərə alaraq mövzunu işıqlandırmağa qərar verdik. Beləliklə...

Baş vermiş olayla bağlı Savash.org-u məlumatlandıran mənbənin sözlərinə görə, işdən azad edilən sürücünün vəzifəsini hazırda müvəqqəti olaraq Beyləqan RİH başçısının birinci müavini Telman Məstanovun sürücüsü həyata keçirilir. RİH başçısının sürücüsü isə anlaşılmaz hadisənin qurbanına çevrilib.

Daxil olan məlumata görə, icra başçısının Nəsimi adlı sürücüsünün işdən qovulmasının maraqlı tarixçəsi var. Belə ki, onun Vaqif Abdullayevin qəzəbinə gəlməsinə hələlik adını çəkmək istəmədiyimiz xanım müğənnilərdən birinə bayram ərəfəsində zəng etməsi səbəb olub.

Həmin təbrik zənginin icra başçısını niyə qəzəbləndirməsinin ilginc təfərrüatları haqda isə növbəti yazımızda daha ətraflı bəhs edəcəyik.

Növbəti yazımızda həmçinin ştatı ixtisara düşmüş Beyləqan RİH aqrar məsələlər şöbəsinin müdiri-başçının müavini Xaliq Məmmədovla başçısının arasında yaranmış ixtilafın detallarını da açıqlayacağıq.

Bizi izləməkdə davam edin. Mövzuya qayıdacağıq.
Savash.org
Xəbəriniz olsun

12.12.2018 - İŞDƏN ÇIXARILAN BAŞ NAZİR MÜAVİNİ İNTİHAR ETDİ! – Naxçıvanda şok

11.12.2018 - Ərinin balkondan atdığı qadın nazirin yaxın qohumudur

11.12.2018 - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami... - Vanqanın 2019-cu il PROQNOZLARI

11.12.2018 - Qurban Qurbanovdan çoxunu təəccübləndirən addım - AFFA-nın pulundan imtina etdi

11.12.2018 - Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”

11.12.2018 - Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək

11.12.2018 - Bakıda direktor arvadını 5-ci mərtəbədən ataraq öldürüb - Təfərrüat + FOTO

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

08.12.2018 - Qurban Qurbanov millidən getdi

06.12.2018 - Ukraynadakı səfirliyimiz Azərbaycan maraqlarının yorulmaz müdafiəçisi rolunda

06.12.2018 - Avropa İnsan Hüquqları Məhkəməsindən Seymur Həzi ilə bağlı qərar - Hökumət 14500 avro cərimələndi

06.12.2018 - Tramp Qafqazda hücuma keçəcək, hədəfdə Ermənistandır...

Facebook