Keçmiş əri Elza Seyidcahan haqqında açıqlama verdi - FOTO

13 aprel 2015
Keçmiş əri Elza Seyidcahan haqqında açıqlama verdi - FOTOKeçmiş əri Elza Seyidcahan haqqında açıqlama verdi - FOTO"Mənim o insanla münasibətim...".

"A-dan Z-yə" şousunun növbəti qonağı bəstəkar-müğənni, əməkdar artist Elza Seyidcahan olub.

Savash.org xəbər verir ki, ANS TV-də Zaur Nəbioğlunun təqdimatında yayımlanan veriliş bir çox açıqlamalarla yadda qalıb. Bu açıqlamalardan biri Elza Seyidcahanın keçmiş həyat yoldaşı Elşən barədə dedikləri olub.

"Məni çox gənc yaşında anam ərə verdi, o vaxt sevgi nədir, bilmirdim. Həyat yoldaşıma sevgim yox, böyük hörmətim olub, o da hər zaman məni dəyərləndirib. Bir gün o məni maşına oturtdu və gətirdi anamın evinə və mənimlə ayrılanda hönkür -hönkür ağlayırdı. Sadəcə qismət bu cür oldu ki, ayrıldıq. Uzun illər biz rəsmi boşanmadıq və nəhayyət 12 ildən sonra o, öz xalasıqızı ilə evləndi. İndi də Elşənlə gözəl münasibətimiz var, uşaqlarla görüşür və bu gün də kimsə mənim xətrimə dəyərsə o bərk əsəbiləşir. Hətta oğlum Ələkbər əsgərlikdə olanda hamılıqla onun yanına getmişdik və Ələkbər məni ağlatdı, atası bunu görüb ona bir şillə də vurdu ki, bir də ananı ağlatma",-deyə Seyidcahan bildirib.

Bu açıqlamadan sonra Zaur Nəbioğlu heç vaxt heç bir verilişdə danışmayan Elza Seyidcahanın keçmiş həyat yoldaşı ilə telefon bağlantısı edib. Öz növbəsində keçmiş xanımı barədə gözəl sözlər deyən Elşən aparıcının suallarına cavab verib:

"Elza mənim uşaqlarımın anasıdır, münasibətimiz də çox yaxşıdır, nə olsun ayrılmışıq, indi də övladlarımla maraqlanıb və istədiyim zaman görürəm. Bizim bir -birimizə hörmətimiz olub və olacaq da. Qaldı ayrılma səbəbimizə, xahiş edirəm, bu məsələnin üstünə çox getməyək. Demək, bu cür qismət olub bizə. Keçmiş həyat yoldaşım olsa da mənim o insana münasibətim çox yaxşıdır ".

Şəxsi həyatı ilə bağlı bir çox açıqlamalar verən Elza növbəti dəfə ailə həyatı qurmaqla bağlı da suala cavab verib:

"Övladlarım mənim üçün hər şeydir. Öz həyatımı unudub onların xoşbəxtliyi üçün çalışan ana olmuşam və heç vaxt onlardan arxayın olmamış özümü düşünmərəm. İndi şükür ki, oğlumun ailəsi var və qızım da nişanlıdır. Qismət olsa, yenə də güvəndiyim dostlarımın və yaxınlarımın məsləhəti ilə düşünərəm. Amma yenə qeyd edirəm mənim üçün ailəm müqəddəsdir və ailəmin xoşbəxtliyi mənim xoşbəxtliyimdir".

Qeyd edək ki, veriliş zamanı Elza Elşənə mahnı da həsr edib və onun üçün ifa edib.
Xəbəriniz olsun

18.08.2018 - Azərbaycanlı məhbuslar İstanbulda aclıq aksiyası keçirir - Erməni rəisə görə

18.08.2018 - Trampdan Türkiyəyə: “Bu iş bitmədi, həzm etməyəcəyik”

18.08.2018 - Şoka düşəcəyiniz ənənə: Böyük qardaş özünə həyat yoldaşı seçir və bütün qardaşları onu…

18.08.2018 - Sabirabad icra başçısının qardaşı oğlu adam oğurlayıb – pul üstə…

17.08.2018 - Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar

17.08.2018 - “Qarabağ” “Şerif”lə nə nə vaxt meydana çıxacaq? - Avropa Liqası

17.08.2018 - Bakıda avtobusda qadına təcavüz edildi: Niyə mənə toxunursan? - VİDEO

17.08.2018 - Köçəryan Paşinyanı Qarabağ danışıqlarından “dovşan kimi qaçmaqda” günahlandırdı

16.08.2018 - Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı

16.08.2018 - Serj Sarkisyan da istintaqa cəlb edilir - RƏSMİ

16.08.2018 - “Rus NATO-su”nda baş katib qovğası – İrəvanın Bakı qarşısında diplomatik fiasko xofu

16.08.2018 - 596 bal topladı, ixtisas seçimi etdi, lakin kənarda qaldı - Qəbul imtahanında ilginc hadisə + FOTOFAKT

16.08.2018 - Füzulidə yas mərasimləri: Sadə, israfçılıqdan kənar, islami qaydalara uyğun

Facebook