Nüfuzlu təşkilat sorğu nəticələrini açıqladı: "Azərbaycanlıların 54 faizi dinə inanmır..."

13 aprel 2015
Nüfuzlu təşkilat sorğu nəticələrini açıqladı: "Azərbaycanlıların 54 faizi dinə inanmır..."Qlobal sorğunun nəticələri açıqlandı

Nüfuzlu Gallup Beynəlxalq Tədqiqat Mərkəzi (WIN-Gallup International Association) ictimai rəy üzrə qlobal sorğunun nəticələrini açıqlayıb. Hər bir ölkədən sorğuda min nəfər iştirak edib. Sosioloqlar sorğuda iştirak edənlərdən onların dindar olub-olmamalarını soruşub. Nəticələr gözlənilən, eyni zamanda təəccüblü olub.

Sorğunun nəticələrinə əsasən, Azərbaycanda respondentlərin 34%-i özlərini inanclı hesab edib. 54%-i isə özlərini inanclı hesab etmirlər, 0% özlərini tam ateist hesab edib, 13% isə cavab verməkdə çətinlik çəkib.

İnanclı insanlar daha çox Qana (əhalinin 96%-i), Nigeriya (93%), Ermənistan (92%), Fici (92%), Makedoniya (90%), Rumıniya (89%), İraq (88%), Keniya (88%), Peru (86%), Braziliya (86%), Gürcüstan (84%), Pakistan (83%), Moldova (83%) və Kolumbiyada (83%) yaşayırlar.

Sorğuda ümumilikdə 57 ölkədən 52 min insan iştirak edib.

“Din bizim gündəlik həyatda dominantlıq etməkdə davam edir və biz görürük ki, özlərini dindar hesab edənlərin ümumi sayı əslində olduqca çoxdur”, - deyə sorğunun nəticələrini şərh edən Gallup Beynəlxalq Tədqiqat Mərkəzinin prezidenti Jan-Mark Lecer vurğulayıb.
Xəbəriniz olsun

23.06.2018 - Azyaşlının xəsarət aldığı uşaq bağçasında iki nəfər işdən çıxarıldı

23.06.2018 - Daha bir pambıq zəhərlənməsi: 6 nəfər xəstəxanalıq oldu

23.06.2018 - Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə təsdiq edildi

23.06.2018 - Oğlu ilə gündəmə gələn Samir Şərifov... - Nazir yazıları dayandırmağa cəhd edir?

23.06.2018 - Hüseyn Abdullayevlə Eldar Mahmudovun əlaqələri təsbit olunub - İDDİA

23.06.2018 - Gəncə Dövlət Universitetində ixtisasdəyişmə imkanı - ELAN+ŞƏRTLƏR

23.06.2018 - "DÇ-2018": Messidən şok qərar

22.06.2018 - Pambıq tarlalarındakı kütləvi zəhərlənməyə görə 5 vəzifəli şəxs həbs edildi

22.06.2018 - Səfir Qüdsi Osmanovun oğlu sərhədi keçərkən saxlanıldı

22.06.2018 - “Nar”-dan “Samsung” smartfonu al, pulun bir hissəsi balansına qayıtsın!

22.06.2018 - Raqub Məmmədovun qardaşından reaksiya: "O adam mən deyiləm..."

22.06.2018 - 20 yaşlı nişanlı qızın iki uşaq atasıyla intim görüntüləri yayıldı - Lənkəranda - (+18) FOTO

22.06.2018 - Xorvatiya millisi argentinalıları darmadağın etdi

Facebook