Səlim Müslümov Cavid Qurbanovun qardaşına vəzifə verdi

14 aprel 2015
Səlim Müslümov Cavid Qurbanovun qardaşına vəzifə verdi"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun qardaşına yüksək vəzifə verilib.

“Qafqazinfo” xəbər verir ki, İlqar Qurbanov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə rəhbər təyin olunub.

Məlumat üçün bildirək ki, bir ay öncə Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli fərmanında müvafiq dəyişiklik edilməsi barədə fərman verib. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin aparatının işçilərinin say həddi 25 ştat vahidi müəyyən edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yenidən stukturlaşması ilə əlaqədar nazirliyin aparatı və digər strukturlarının ştat vahidində də dəyişiklik edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aparatının işçilərinin say həddi 177 ştat vahiddən 211 ştat vahidinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin aparatının işçilərinin say həddi 50 ştat vahidindən 57 ştat vahidinə (Xidmətin mərkəzi laboratoriyası ilə birlikdə), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin aparatının işçilərinin say həddi 54 ştat vahidindən 56 ştat vahidinə , rayon (şəhər) məşğulluq orqanlarının işçilərinin say həddi 303 ştat vahidindən 306 ştat vahidinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin aparatının işçilərinin say həddi 42 ştat vahidindən 52 ştat vahidinə çatdırılıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölmələrinin işçilərinin say həddi 314 ştat vahidindən 308 ştat vahidinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin yerli bölmələrinin işçilərinin say həddi 3003 ştat vahidindən 2859 ştat vahidinə endirilib.
Xəbəriniz olsun

25.04.2018 - Ermənistanda inqilab: Putin nəhayət işə qarışdı

25.04.2018 - “TƏYİN OLUNACAĞINA QƏTİ ŞÜBHƏSİ YOX İDİ…” – Səlim Müslümov “qara xəbəri” yolda alıb!

25.04.2018 - Yeni nazirdən 5 TƏYİNAT - Heydər Əsədovun kadrları işdən çıxarıldı

25.04.2018 - “Nar” Ümumdünya kitab günündə uşaqları hədiyyələrlə təbrik etdi

25.04.2018 - “Əmlak kralı”nın taleyi necə olacaq? — Qohumluq əlaqələri işə yaramadı

25.04.2018 - Avropaya sığınmış daha bir müxalifətçi tutuldu

25.04.2018 - Hüseyn Abdullayevin həbsi ilə bağlı ŞOK DETALLAR

24.04.2018 - Deputat Rafael Cəbrayılovla bağlı ilginc faktlar - Notarius təsdiqli dələduzluq?

24.04.2018 - “Əbülfəz Elçibəy-80” təşkilatı ölkə rəhbərlliyinə müraciət etdi, mitinq qərarı verdi - Toplantı

24.04.2018 - Heydər Əsədov "Ziya Məmmədova görə işdən çıxarılmısız" sualından belə yayındı – Açıqlama

24.04.2018 - MSK üzvləri mükafatlandırılır

24.04.2018 - Vüsal Novruzov üçün "əcəl zəngi": Səfər Mehdiyevin qisası uzun sürməyəcək

24.04.2018 - Nazir nəvəsi Bakıda yaşayış binasının 2-ci mərtəbəsində restoran açdı + VİDEO

Facebook