Xoşqədəm: "Səni axtarıram" zavod-fabrikdi ki, orda yeyinti olsun?..."

14 aprel 2015
Xoşqədəm: "Səni axtarıram" zavod-fabrikdi ki, orda yeyinti olsun?..."Tanınmış telejurnalist Xoşqədəm Baxşəliyevanın ATV-də yayımlanan populyar “Səni axtarıram” verilişini ANS TV-yə transfer etməsi xəbəri ətrafında söz-söhbətlər səngimək bilmir.

Savash.org xəbər verir ki, o bununla əlaqədar mətbuat konfransı keçirir.

Xoşqədəm Hidayətqızı qeyd edib ki, üzləşdiyi hadisələr barədə hamının bilgili olmasını istəyir: "Mən dəfələrlə ATV-dən getmək istəmişəm. Amma ora mənə çox doğma olduğu üçün gedə bilmədim. Avqustda layihəmə oxşar veriliş hazırlandığı barədə məlumat aldım. Vüqar Qaradağlı mənə dedi ki, istəyirəm layihəni dayandıraq. Birdən-birə belə qərar verilməsi məni üzdü. Amma yenə də problemi aradan qaldırdım. Aprelin ilk həftəsində həmin qərar təkrar verildi. Dedilər ki, ATV-də "Səni axtarıram" verilişi olmamalıdır. Bundan sonra qərar verdim. Mən məcburiyyət qarşısında qalaraq ATV-dən ayrıldım".

Aparıcı əlavə edib ki, verilişin kulli miqdarda yeyinti üzündən bağlanılmasına dair deyilənlər doğru deyil: "Gələn gəlirlərdən, pullardan mənim xəbərim olmayıb. "Səni axtarıram" zavod, fabrik deyil ki, orada yeyinti olsun. Maliyyə məsələsi ilə reklam şöbəsi və televiziya rəhbərliyi məşğul olub".

X.Hidayətqızı ANS-ə komandası ilə getdiyini deyib: "Komanda üzvlərinin mənimlə getmədiyi barədə deyilənlər düzgün deyil".
Xəbəriniz olsun

16.08.2018 - “Nar” qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırdı

16.08.2018 - 4 nəfər eyni anda intihara əl atdı - Bakıda şok olay

15.08.2018 - Azərbaycanda benzin bu gecə bahalaşacaq: ŞOK GÖZLƏNTİ

15.08.2018 - “Mütəllibov pulları zirzəmidə saxlayırdı” – Araz Əlizadədən manat açıqlaması

15.08.2018 - "Rəis dedi ki, şərait yarat, Fədayə Etibarla görüşsün"- Həbsxana qaçışında yeni faktlar

15.08.2018 - İcra başçısının müavini idarə rəhbərlərindən qoyun istədi: çəkisi 15 kq-dan az olmasın - FOTOFAKT

15.08.2018 - “Azercell”də gün - gündən yeniləşən maxinasiya və ya qəpiklərin üstündə qurulan səltənət

15.08.2018 - İntihar anonsu verən tanınmış jurnalist xəstəxanaya yerləşdirildi

15.08.2018 - Qurban Qurbanov: “Komandamdan razıyam”

14.08.2018 - İranda pulun üzərinə Azərbaycan haqda görün nə yazıldı...

14.08.2018 - Hakimiyyətin media kapitanları arasında savaş başladı: APA agentliyi niyə bağlandı?!

14.08.2018 - Ərdoğandan ABŞ-a BOYKOT HƏMLƏSİ: "Onların “Ayfon”u varsa, bizim də..."

13.08.2018 - "“Qarabağ”ın ilk dəqiqələrdən yüksək templə çıxış edəcəyini gözləyirik” - BATE-nin Baş məşqçisi

Facebook