AMEA-da mühüm təyinat

16 aprel 2015
AMEA-da mühüm təyinat
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin bu günkü iclasında müzakirə olunan məsələlərdən biri də Humanitar və İctimai Elmlər Bölməsinin 2 ayrı bölmə şəklində fəaliyyətinin təşkili ilə bağlı olub.

ANS PRESS xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Akademiyanın Nizamnaməsinin təsdiqi haqqında 11 dekabr 2014-cü il tarixli 386 nömrəli Fərmanına əsasən, AMEA-nın tərkibində Humanitar Elmlər Bölməsi və İctimai Elmlər Bölməsi yaradılıb.

İclasda Nizamnamənin tələblərindən irəli gələn məsələlərin həlli, eləcə də hər iki bölmənin fəaliyyətinin təşkili məqsədilə Ədəbiyyat, Dilçilik, Şərqşünaslıq, Əlyazmalar, Folklor, Memarlıq və İncəsənət institutları, həmçinin Milli Аzərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyinin Humanitar Elmlər Bölməsinin tərkibinə, Tarix, Arxeologiya və Etnoqrafiya, İqtisadiyyat, Fəlsəfə və Hüquq, Konfliktologiya və İnsan Hüquqları, Dünya Siyasəti, Elm Tarixi, Qafqazşünaslıq institutları, o cümlədən Milli Аzərbaycan Tarixi Muzeyinin İctimai Elmlər Bölməsinin tərkibinə daxil edilməsi barədə qərarlar qəbul edilib. Adıçəkilən bölmələrin tərkibi müəyyənləşdirilib.

Tədbirdə bölmələrin işinin təşkili ilə əlaqədar Ümumi Yığıncaq qarşısında vəsatət qaldırması haqqında qərar qəbul edilib.

Növbəti qərarlarla akademik Teymur Kərimli Humanitar Elmlər Bölməsinin akademik-katibi vəzifəsini, AMEA-nın müxbir üzvü Nərgiz Axundova isə İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsini icra edən təyin edilib.
Xəbəriniz olsun

22.07.2018 - Ölünü dirildə bilməyən “peyğəmbər” həbs edildi

22.07.2018 - 5 yaşlı uşaq ögey atası tərəfindən döyülərək öldürüldü - KÜRDƏMİRDƏ ŞOK OLAY

22.07.2018 - “Qarabağ” yeni hücumçu aldı

21.07.2018 - Mirşahinə bu dəfə "milçək" dedilər: "SƏNİ TAPDALAYARAM..."

21.07.2018 - Kasıb necə varlana bilər? - Yəhudilərdən 6 QIZIL MƏSLƏHƏT

21.07.2018 - İntihar edən abituriyentin anası özünü öldürdü – Sumqayıtda

21.07.2018 - Yunis Səfərovun yaxın dostu öldürüldü: Əməliyyatçılar tutmaq istədi, o silaha əl atdı...

21.07.2018 - Dağıstana işləməyə gedən azərbaycanlılar qəzaya düşdü: 2 ölü, 10 yaralı

20.07.2018 - Atı zorlayan şəxsin şok müdafiəsi: “Mənə göz vurdu”

20.07.2018 - Almaniyadan deportasiya edilənlər Bakıda kütləvi şəkildə həbs olundular

20.07.2018 - Bu il “BakuBus” 85 sürücünü işdən azad edib

20.07.2018 - Paşinyan Qarabağda müharibə riski haqda

20.07.2018 - Bakıda dəbdəbəli mənzili ərəblərə 3 günlüyə kirayə verdi, qayıdıb şoka düşdü - VİDEO

Facebook