Bakıda məşhur milyarderin qardaşı evindən külli miqdarda narkotik tapıldı

17 aprel 2015
Bakıda məşhur milyarderin qardaşı evindən külli miqdarda narkotik tapıldıBakı sakininin yaşadığı evdən külli miqdarda narkotik vasitə aşkar edilib.

“Report” xəbər verir ki, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şüvəlan qəsəbə sakini Əsgərov Habil Əsgər oğlunun yaşadığl evin həyətindən ümumi çəkisi 35 qram olan 22 ədəd çətənə kolu, evdən isə 5 kiloqram 167 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, polislərin narkotik vasitələri tapdıqları həyət evi H.Əsgərovun özünə məxsus deyil. Saxlanılan şəxs həmin evdə qarovulçu işləyib. Mənzil sahiblərinin evə gec-gec gəlməsindən istifadə edən H.Əsgərov həyətdə narkotik vasitələr əkib-becərib.

Narkotik vasitələrin əkildiyi mülk məşhur azərbaycanlı milyarder İsgəndər Xəlilovun qardaşı Ramiz Xəlilova məxsusdur. Saxlanılan H.Əsgərov R.Xəlilovun evində qarovulçu işləməzdən əvvəl Xəlilov qardaşlarının sahibi olduğu Bakı Əyləncə Mərkəzində (BƏM) aşpaz kimi çalışıb.
Xəbəriniz olsun

18.08.2018 - Merkelin Azərbaycan səfərinin arxasında nələr durur?

18.08.2018 - Elmar Vəliyevə sui-qəsd - yeni həbslər və təfərrüat

18.08.2018 - Azərbaycanlı məhbuslar İstanbulda aclıq aksiyası keçirir - Erməni rəisə görə

18.08.2018 - Trampdan Türkiyəyə: “Bu iş bitmədi, həzm etməyəcəyik”

18.08.2018 - Şoka düşəcəyiniz ənənə: Böyük qardaş özünə həyat yoldaşı seçir və bütün qardaşları onu…

18.08.2018 - Sabirabad icra başçısının qardaşı oğlu adam oğurlayıb – pul üstə…

17.08.2018 - Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar

17.08.2018 - “Qarabağ” “Şerif”lə nə nə vaxt meydana çıxacaq? - Avropa Liqası

17.08.2018 - Bakıda avtobusda qadına təcavüz edildi: Niyə mənə toxunursan? - VİDEO

17.08.2018 - Köçəryan Paşinyanı Qarabağ danışıqlarından “dovşan kimi qaçmaqda” günahlandırdı

16.08.2018 - Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı

16.08.2018 - Serj Sarkisyan da istintaqa cəlb edilir - RƏSMİ

16.08.2018 - “Rus NATO-su”nda baş katib qovğası – İrəvanın Bakı qarşısında diplomatik fiasko xofu

Facebook