Zabit Səmədov mükafatının bir hissəsini orduya bağışlayacaq

20 aprel 2015
Zabit Səmədov mükafatının bir hissəsini orduya bağışlayacaqAzərbaycanın məşhur K-1 döyüşçüsü Zabit Səmədov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən "Global Fighting Championship 3" turnirində qalib gəlməsi nəticəsində qazandığı 1 milyon dirhəm (286 min manat) pul mükafatının müəyyən hissəsini Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayacaq.

"Report"un məlumatına görə, bu barədə Z.Səmədov özü məlumat verib. "Bir döyüş idman növünü təmsil etdiyim üçün ordumuza hər hansı formada köməklik etməyi özümə mənəvi borc bilirəm. Mən bütün qələbələrimi Azərbaycana həsr edirəm!"- Zabit Səmədov deyib.

Xatırladaq ki, aprelin 17-də Z.Səmədov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "Global Fighting Championship 3" turnirinin qalibi olub. 31 yaşlı idmançı mübarizəyə yarımfinal mərhələsindən başlayıb. Z.Səmədov şotlandiyalı ulduz Stiv Makkinnonu məğlub edib. Digər yarımfinal qarşılaşmasında Konqo-Almaniya əsilli Danyo İlunqa iranlı Cəfər Əhmədidən üstün olub. Nəticədə finalda Səmədov İlunqa ilə üz-üzə gəlib. Görüş başlayan kimi Azərbaycan təmsilçisi ardıcıl 2 dəfə ayaq zərbələri ilə rəqibini yerə sərib. Növbəti raundlarda döyüşü əks-hücumlar üzərində quran Səmədov kəsərli zərbələrlə 4-cü raundda qələbəyə nail olub. Bununla da "Mauqli" ləqəbli məşhur azərbaycanlı döyüşçü kuboka və 1 milyon dirhəm (286 min manat) pul mükafatına sahib olub.

Dubayda keçirilən bu turnirin super finalı isə bu ilin dekabr ayında keçiriləcək. Həmin döyüşün qalibi mükafat kimi 1 milyon ABŞ dolları qazanacaq.
Xəbəriniz olsun

24.04.2018 - Heydər Əsədov "Ziya Məmmədova görə işdən çıxarılmısız" sualından belə yayındı – Açıqlama

24.04.2018 - MSK üzvləri mükafatlandırılır

24.04.2018 - Vüsal Novruzov üçün "əcəl zəngi": Səfər Mehdiyevin qisası uzun sürməyəcək

24.04.2018 - Nazir nəvəsi Bakıda yaşayış binasının 2-ci mərtəbəsində restoran açdı + VİDEO

23.04.2018 - Paşinyan qələbə mitinqində açıqladı: “Gəldilər, dedim Sərkisyan 2 saat ərzində getməlidir”

23.04.2018 - Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunub

23.04.2018 - Prezident hökumətdə boş qalan vəzifələrə təyinatlar etdi: GEDƏNLƏR, QALANLAR VƏ YENİLƏR

23.04.2018 - Gücləndirilmiş “Nar” şəbəkəsi Bakı Formula Qran Prisinə hazırdır

23.04.2018 - Prezident yeni təhsil nazirini təyin etdi

23.04.2018 - MTN-nin qadın generalı azadlıqda: qalan generallar həbsxanaya göndərildi

23.04.2018 - Serj Sərkisyan istefa verdi: "Mən səhvə yol verdim, Paşinyan haqlı idi"

23.04.2018 - Ermənistanda hərbçilər etirazçıların tərəfinə keçdi - VİDEO

23.04.2018 - Etiraz aksiyaları Yerevanın eyni zamanda bir neçə yerində keçirilir

Facebook