Beyləqanın icra başçısı oğluna 280 minlik maşın alıb - TƏFƏRRÜAT

23 aprel 2015
Beyləqanın icra başçısı oğluna 280 minlik maşın alıb - TƏFƏRRÜATƏrköyün məmur övladları ilə bağlı sərt cəza tədbirlərinin görülməsinə, məsələyə hətta ölkə prezidenti səviyyəsində sərt reaksiyalar verilməsinə baxmayaraq bu sahədə hər şeyin qaydasına düşdüyünü iddia etmək olmaz.

Əlində olan səlahiyyətlərdən sui-istifadə edərək övladları üçün komfort şərait yaradan, onlara bahalı mülk və maşınlar hədiyyə edən belə məmurlar sırasına Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev də qoşulub.

Savash.org-a mötəbər mənbədən daxil olan məlumata görə Vaqif Abdullayev oğluna “Bugatti” markalı yeni maşın hədiyyə edib. Həmin avtomobilin 280 min manata alındığını bildirən mənbəmiz icra başçısının oğluna həmin maşınla bağlı qəribə qadağa qoyduğunu da açıqladı:

“280 min manata alınmış həmin avtomobil Vaqif Abdullayevin oğlunun Bakıdakı qarajında saxlanılır. İcra başçısı oğluna qəti şəkildə tapşırıb ki, maşını yalnız gecələr sürsün, gündüzlər isə qarajdan çölə çıxartmasın. İcra başçısının oğluna tətbiq etdiyi bu qadağanı onun “dil-ağıza düşməmək” tədbiri kimi dəyərləndirilə bilər”.
Məlumat üçün bildirək ki, prezident İlham Əliyev çıxışlarında dəfələrlə nazir-məmur və onların qudurğan övladlarına hiddətlənərək, xəbərdarlıq edib. Bu baxımdan prezidentin məmur övladları ilə bağlı səsləndirdiyi, Vaqif Abdullayev kimi məmurların isə deyəsən, unutduğu məşhur çıxışdan bir hissəni təqdim edirik:

"Onların güvəndiyi adamları mən təyin etmişəm, lazım bildikdə isə mən də işdən çıxaracağam. Əgər bilsəm ki, kiminsə ailə üzvü, hardasa xuliqanlıq edib, nadanlıq edir, o adam həbs ediləcək, atası işdən qovulacaq".

Mövzuya qayıdacağıq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
SAVASH.ORG
Xəbəriniz olsun

19.07.2018 - Havanın temperaturu enəcək: güclü külək, şimşək, leysan və dolu gözlənilir

19.07.2018 - Paşinyandan Rusiya hərbi bazasına sərt reaksiya

19.07.2018 - Ramiz Zeynalov erasının sonu: “QAİ generalı”nın imperiyası süqut edir

19.07.2018 - “1000 bərəkət, halal nemət”dən dəhşətli kadrlar: ürəyi zəif olanlar baxmasın – 13+VİDEO

19.07.2018 - İran-Pakistan sərhədində atışma: bir hərbçi həlak oldu

19.07.2018 - KXCP sədrliyinə namizəddən Mirəlioğluna ittiham: "Zərdabinin ruhu, 12 nəfərlik partiya, Bəyi təhqir edənlərl ...

19.07.2018 - “Qarabağ”ın kapitanı komandanın növbəti rəqibi barədə

19.07.2018 - Səkkiz əcnəbi saxta sənədlərlə Azərbaycan sərhədini keçmək istədi

19.07.2018 - Özünü 17-ci mərtəbədən atan qız barədə - TƏFƏRRÜAT

19.07.2018 - Elə adamlara elmi adlar verilir ki, onlara qoyun otarmağa belə icazə vermək olmaz – Açıqlama

19.07.2018 - Kremlin şok “oktyabr ssenarisi”: Gəncə işindəki silah və qaz gizlinləri

18.07.2018 - Əməkdar artistə qarşı 32 min manatlıq dələduzluq

18.07.2018 - İcra Hakimiyyətinin qarşısında özünü yandırmaq istədi – Azərbaycanda

Facebook