Kərəm Həsənov “Cənub”un torpağını su qiymətinə satır

04 dekabr 2014
Kərəm Həsənov “Cənub”un torpağını su qiymətinə satır Komitə sədri 13 milyon dəyərində olan əraziyə hərracda 38 min manat qiymət qoyub
Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Bakının mərkəzi Zərifə Əliyeva küçəsində yerləşən “Cənub” Açıq Səhmdar Cəmiyyətinin torpaq sahəsini dekabrın 9-da hərraca çıxaracaq.
Lakin bu barədə elan səhmdarlardan gizli saxlanılıb. Məsələnin üstünü isə “Bizim Yol” qəzeti açıb. Həmçinin o da bəlli olub ki, torpaq sahəsinin hərraca çıxarılmasının gizli saxlanılması onun qiyməti ilə bağlı imiş. Komitə paytaxtın mərkəzi hissəsində yerləşən otelə məxsus torpaq sahəsini real dəyərindən çox ucuz qiymətə hərraca çıxarıb. ASC-nin səhmdarlarından olan Vəzir Rəcəbov “Bizim Yol” qəzetində bu barədə müsahibəsində deyib: “Hərracda 1322,54 kv.m torpaq sahəsini (0,1322 ha) satışa çıxarıblar. Qiymətini isə 38 min 618 manat qoyublar - kvadratı 29 manat 20 qəpiyə düşür. Halbuki, bu qiymət Ismayıllı, Şamaxı rayonlarının ən ucqar yerlərində olan qiymətdir. Belə bir qiymətə şəhərin mərkəzində, ”Sahil" metrosunun böyründə torpaq satışa çıxarılıb. Hansı ki, sözügedən ərazidə 1 kv.m torpağın bazar qiyməti 10 min manatdır. 0,13 ha torpaq sahəsinin bazar qiyməti 13 milyon manat dəyərindədir. 13 milyon manatlıq əmlakı komitə 38,6 min manat ilkin dəyər qiyməti ilə satışa çıxarıb - 340 dəfə ucuz. 38 min manat hara, 13 milyon manat hara? Əgər torpaq bazar qiymətinə satılsa, büdcəyə buradan xeyli mədaxil olacaqdı, müəssisədə səhmləri olan səhmdarlara da müəyyən pay düşəcəkdi. Amma müəssisənin satışını dəyərindən xeyli ucuz aparmaq istəyirlər. Mən də satışda iştiraka can atıram, çünki çox ucuz qiymətədir. Ərazini bu gün 10 milyon manata yerli iş adamları gözünü qırpmadan alar. Çünki çox prestijli yerdir, şəhərin tam mərkəzi sayılır. Yəqin ki, elə qoyduqları qiymətə də sənədləşdirib satacaqlar. Özünüz də şahidi olacaqsız ki, bu gün Ismayıllının ən ucqar kəndi üçün olan qiymətlə Bakının mərkəzini eyni götürüblər. Bu yaxınlarda Ismayıllıda torpaqla maraqlandım, sotu 3 min manatdan danışdılar. Şamaxının da ucqar kəndlərində - Baskal kəndi tərəfində qiymət 3500-4000 manat arasındadır. O hesabla Bakıda “Cənub”a aid torpağın sotu 2920 manata düşür, Baskalın qiymətindən çox aşağıdır. Ağılasığmaz bir rəqəmdir".
Xəbəriniz olsun

13.11.2018 - Azərbaycana yadplanetlilərin gəmisi enib? - Foto

13.11.2018 - “Azərbaycanda əməkhaqları çox aşağıdır” - Komitə sədrindən gözlənilməz açıqlama

13.11.2018 - Ərdoğan: “Camal Qaşıqçı öldürülən zaman qeydə alınan səs yazıları dəhşətlidir”

13.11.2018 - Cavid Qurbanov “Hafka” və Ziya Məmmədova qarşı - Məhkəmə işi

13.11.2018 - Yarpaq.Az - Ədəbiyyat və Sənət Portalı fəaliyyətə başladı

12.11.2018 - Daxili İşlər Nazirliyi Şabranda ruhi xəstəni döyüb öldürən “cinçıxardanların” fotosunu yaydı

12.11.2018 - Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi Gəncə-Qazax bölgəsində birgə onkoloji skrininq və elmi-praktik ...

12.11.2018 - Akim Bədəlovun Dövlət Agentliyində “alternativsiz” korrupsiya projeləri

12.11.2018 - Binəqədidə İlqar Süleymanov kabusu: müavin başçıya hökm edir?

11.11.2018 - “ZAMİRƏDƏN SONRA HƏDƏF ANAR MƏMMƏDOVDUR” – Sensasiyalı açıqlama

11.11.2018 - Əli Abbasovun oğlu, Etibar Pirverdiyevin isə kürkəninin Londonda villa və şirkəti üzə çıxdı - FOTOLAR

11.11.2018 - Abşeronlu gənclər Bursada bayraq yürüşü keçirdilər - FOTO

10.11.2018 - Ülkü Ocaqları Azərbaycan şöbəsi Bakıda Qazi Atatürkün heykəli qarşısında anım törəni keçirtdilər - FOTO

Facebook