Tiflis sabiq prezidenti Bakıda həbs etdirmək istəyinə düşüb

30 aprel 2015
Tiflis sabiq prezidenti Bakıda həbs etdirmək istəyinə düşüb Gürcüstan iqtidarının Saakaşvili qorxusunun səbəbləri bəlli olur

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Bakıda keçirilən 3-cü Qlobal Bakı Forumunda iştirak etməsi Gürcüstan hakimiyyətini hərəkətə keçirib. Gürcüstan Baş Prokurorluğu Mətbuat Mərkəzi rəhbərinin müavini Natia Suxiaşvili bildirib ki, Gürcüstanın Baş Prokurorluğu tərəfindən Azərbaycanın Baş Prokurorluğuna Mixail Saakaşvilinin həbs olunaraq Tiflisə ekstradisiya olunmasına dair rəsmi sorğu göndərilib. Mixail Saakaşvili Gürcüstanda İnterpolun “qırmızı xətt”lə axtardığı şəxslərin siyahısına daxil edilib. Bu siyahıya salınan adamlar xüsusilə təhlükəli sayılır və onlar dünyanın harasında olmasından asılı olmayaraq həbs edilməlidirlər.

Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi M.Saakaşvilinin Bakıda həbs edilərək ölkəsinə ekstradisiya olunmasının mümkünlüyü barədəki informasiyanı şərh etməyib.
Bəs Azərbaycan hökuməti Saakaşvili ilə bağlı rəsmi Tiflisin istəyini yerinə yetirərmi, yerinə yetirməlidirmi?

Gürcüstan üçün çox işlər gördüyü bəlli olan Mixail Saakaşvili bu ölkənin hazırkı iqtidarı üçün təhlükədirmi ki, onun həbs olunmasına çalışırlar?

Politoloq Natiq Miri bildirdi ki, bu istəyin yerinə yetirilməsi ehtimalı sıfıra bərabərdir: “Mixail Saakaşvili Azərbaycan hakimiyyətinin, şəxsən prezident İlham Əliyevin dostudur. Saakaşvili hakimiyyətdə olduğu dövrdə Azərbaycan bir çox qlobal layihələri məhz Saakaşvilinin dəstəyi ilə reallaşdırıb. İlham Əliyevlə onun arasında bir dostluq münasibətləri də var. Əgər Saakaşvili Bakıya böyük bir tədbirə dəvət olunubsa, deməli, onun burada saxlanıb Gürcüstana təhvil verilməsi absurd olardı. Əks təqdirdə, onu heç Azərbaycana dəvət etməzdilər. Çünki belə bir həbsin baş tutması Saakaşvili üçün əvvəlcədən hazırlanmış tələ olaraq qiymətləndirilə bilərdi. Ona görə də hesab edirəm ki, Saakaşvilini Azərbaycanda həbs edib Gürcüstana təhvil vermək istəyinin yerinə yetirilməsi mümkün deyil. Məncə, bu barədə Azərbaycan iqtidarı düşünmür belə”.

Mixail Saakaşvilinin həbsi üçün rəsmi Tiflisin nədən bu qədər dəridən-qabıqdan çıxmasına gəlincə, ekspert vurğuladı ki, hazırkı iqtidar getdikcə özünün nüfuzdan düşdüyünün və Saakaşvilinin nüfuzunun yenidən artmaqda olduğunun fərqindədir: “Artıq Saakaşvili hazırkı Gürcüstan hakimiyyəti üçün ən ciddi və real rəqibdir. İndiki hökumətə yeganə alternativ olaraq məhz Saakaşvilinin rəhbərlik elədiyi siyasi partiya ortadadır. Tiflisdə bu yaxınlarda keçirilən etiraz mitinqinə yüz minə yaxın insanın çıxması da göstərdi ki, Saakaşvilinin partiyası yenidən ciddi güc kimi meydana gəlir. Artıq Gürcüstan cəmiyyəti Saakaşvili iqtidarını dəyişməklə nə qədər böyük səhv etdiyinin fərqinə varmaqdadır və tədricən o səhvi düzəltmək istiqamətində yönəlir. Bu vəziyyət isə artıq hakimiyyəti əndişələndirir. Ona görə də Saakaşvilini nəyin bahasına olur-olsun həbs etməyə çalışır. Ancaq inanmıram ki, Saakaşvilinin getdiyi hansısa ölkələr onu həbs edib Tiflisə təhvil versin. Çünki Saakaşvili artıq dünya səviyyəsində tanınmış islahatçı siyasətçidir, Saakaşvili Qərb dünyasının dəstək verdiyi, simpatiya bəslədiyi siyasi xadimdir. Qərb Gürcüstanda indiki iqtidarı əvəz edəcək güc mərkəzinin başqanı kimi Saakaşvilini görür. Onu həbs etmək asan məsələ deyil”.
Qeyd edək ki, M.Saakaşvili Bakıya sabiq dövlət və hökumət başçılarının forumunda iştirak etmək üçün aprelin 27-də gəlib.
Xəbəriniz olsun

15.08.2018 - “Mütəllibov pulları zirzəmidə saxlayırdı” – Araz Əlizadədən manat açıqlaması

15.08.2018 - "Rəis dedi ki, şərait yarat, Fədayə Etibarla görüşsün"- Həbsxana qaçışında yeni faktlar

15.08.2018 - İcra başçısının müavini idarə rəhbərlərindən qoyun istədi: çəkisi 15 kq-dan az olmasın - FOTOFAKT

15.08.2018 - “Azercell”də gün - gündən yeniləşən maxinasiya və ya qəpiklərin üstündə qurulan səltənət

15.08.2018 - İntihar anonsu verən tanınmış jurnalist xəstəxanaya yerləşdirildi

15.08.2018 - Qurban Qurbanov: “Komandamdan razıyam”

14.08.2018 - İranda pulun üzərinə Azərbaycan haqda görün nə yazıldı...

14.08.2018 - Hakimiyyətin media kapitanları arasında savaş başladı: APA agentliyi niyə bağlandı?!

14.08.2018 - Ərdoğandan ABŞ-a BOYKOT HƏMLƏSİ: "Onların “Ayfon”u varsa, bizim də..."

13.08.2018 - "“Qarabağ”ın ilk dəqiqələrdən yüksək templə çıxış edəcəyini gözləyirik” - BATE-nin Baş məşqçisi

13.08.2018 - “Nar” müştəri loyallığı indeksinə görə liderdir

13.08.2018 - Türkiyənin ABŞ-a 2,8 trilyon dollarlıq cavabı

13.08.2018 - Müğənni Manaf Ağayevin intihar fikrindən daşındırdığı əlilə 4 otaqlı ev verildi

Facebook