Hafiz Məmmədov: "Maaşlar gecikdirildi, amma..." - MÜSAHİBƏ

04 dekabr 2014
Hafiz Məmmədov: "Maaşlar gecikdirildi, amma..." - MÜSAHİBƏ"Bakı"nın prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Hafiz Məmmədovun müsahibəsi

- İclasla bağlı nə deyə bilərsiniz?
- Əsas məsələ yığmanın baş məşqçisi postuna təyinatla bağlı idi. Robert Prosineçkinin təyinatını dəstəkləyirəm. Bu təyinat mənim üçün xoş oldu. Bildiyiniz kimi, böyük oğlum həm də Xorvatiyanın ölkəmizdəki fəxri konsuludu. Azərbaycanla bu ölkə arasında da sıx əlaqələr var. Üstəlik, Xorvatiya futbolu da çox güclüdü, yaxşı nəticələr qazanıblar. Məşqçi kimi uğura ac olması müsbət məqamdır. Bu adam yığmamızla uğur qazanmaq üçün əlindən gələni edəcək.

- Prosineçkinin ümidləri doğruldacağına inanırsınız?
- O, hansı klubda işləyibsə, özünü aqressiv tərəfdən göstərib. Burda söhbət hansısa davadan və ya intizamsızlıqdan getmir. Baş məşqçi kimi yaxşı nəticələr qazanmaq istəyib. Prosineçki nəticə əldə etmək üçün çalışan məşqçidi. Onun yığmamızda uğurlu fəaliyyət göstərəcəyini düşünürəm.

- İclasın gündəliyinə daxil edilən məsələlərdən biri də Klublar Komitəsinin yaradılması idi. Çoxları bu komitə ilə Peşəkar Futbol Liqasının işini eyniləşdirir...
- Qətiyyən belə deyil. Fransada hətta klub prezidentləri birliyi var. “Lans”ın hazırkı prezidenti Jerve Martel 20 ildən artıq müddətdə həmin birliyin rəhbəri olub. Əvvəlcə belə bir qurumun yaradılması təklifini səsləndirməyi düşündüm. Amma Azərbaycan üçün icraçı direktorlar birliyinin yaradılması daha məqbul variantdı. Çünki hazırda onlar daha fəaldırlar. Onların bir komitədə yığışmaları çox faydalı olar. Ən azı klubların bir-birindən xəbəri olacaq. Xüsusilə də transfer dövründə yarana biləcək narazılıqları burada müzakirə edib, yoluna qoyacaqlar. Klublar Komitəsinin PFL-in işinə qətiyyən aidiyyatı yoxdu. PFL ölkə çempionatını və kubok yarışlarını təşkil edən qurumdu. Komitənin qərarları isə daha çox tövsiyə xarakteri daşıyacaq.

- Qərarlardan biri də Məşqçilər Komitəsinin fəaliyyətə başlaması ilə bağlı idi. Bu bir qədər gecikmiş qərar deyilmi?
- Bu qərarı daha vacib sayıram. Komandanın ürəyi kimdir? Məşqçilər. Bu komitənin Azərbaycan futboluna böyük fayda verəcəyini düşünürəm. Onlar daim klubların həm əsas, həm də gənclərdən ibarət komandalarının oyunlarını izləyəcəklər. Nəticədə gənc və perspektivli oyunçular diqqətdə saxlanılacaq. Bundan isə futbolumuz qazanacaq.

- Gənclərdən söz düşmüşkən, “Bakı”nın heyətinin gənclərdən qurulması bu baxımdan bəhrəsini verəcəkmi?
- Əsas odu ki, uşaqlarımız yaxşı futbol oynayır, əzmkarlıq göstərir, mübarizə aparırlar. Səbr özü bir ağacdı. İnsan ona qulluq edir, böyüdür, barını dərib yeyəndə isə şirin gəlir. Yəni həmin anı gözləmək lazımdı. “Bakı”da da vəziyyət belədi. Hazırkı uşaqlar çox dözümlü, səbrli, etibarlıdırlar. Həm də illərdir arzulayırdım ki, komandamda yerli gənclər çoxluq təşkil etsin. Bu məcburi xarakter daşısa da, reallaşdı. Bir neçə ildən sonra Azərbaycan yığmasında həmin gənclər çoxluq təşkil edəcək. Millimiz onların əsasında formalaşacaq. Buna inanıram. Digər klublarımızda da gənclər var və onlar da perspektivlidirlər.

- Qış fasiləsi yaxınlaşır. Heyətdə dəyişiklik gözlənilirmi?
- Komandanın özəyini yenə gənclər təşkil edəcək. Əlbəttə, onların yanına bir neçə təcrübəli legioner cəlb olunacaq. İddiamız var və davam edir. Sadəcə, son vaxtlarda müəyyən problemlər yaşandı. Maaşlar gecikdirildi ki, bunun da xüsusi səbəbləri var. Amma klubun baş sponsoru olan “Bağlan Qrup”un biznes nöqteyi-nəzərdən heç vaxt problemi olmayıb. Sadəcə, bəzi alacaqlarımız var, onlar vaxtında qaytarılmır. Aralarında təşkilatlar da, iş adamları da var. Bir məsələni unutmaq lazım deyil ki, bu cür addımlar təkcə “Bakı” klubuna deyil, “Lans” və Madrid “Atletiko”su ilə əlaqələrə də təsir edə bilər. Yenə deyirəm, yaranmış vəziyyət biznes işlərimizlə bağlı deyil. Gözləntilərimiz vaxtında ödənilmir. Artıq yeni mərhələyə başlamışıq. Gənclərlə “Bakı”nı irəliyə aparacağıq. Hansı ki, həmin gənclər gələcəkdə yığmamızın özəyi olacaqlar. Onlara “çox sağ olun” deyirəm və bilsinlər ki, Azərbaycanın ən iddialı klubunun üzvüdürlər. Bununla da hər zaman fəxr edəcəklər.


mənbə: apasport.az
Xəbəriniz olsun

23.04.2019 - İlham Əliyevdən icra başçılarına irad: "Elə hallar var ki..."

23.04.2019 - “Həmin şəxsi tapıb, sürüyəcəyəm” – “Qayğı” sədri

23.04.2019 - Ziya Məmmədovun qardaşı oğlu DİN-də yüksək vəzifəyə təyin olundu

23.04.2019 - "Boş söhbətlərdir, bizi qızışdırmaq istəyirlər..."

23.04.2019 - “İşıqdan, sudan qorxmağa başladı…” – İt dişləməsindən ölən gəncin atası danışdı

23.04.2019 - “Nar” kənd məktəbinə kitab və kompüterlər hədiyyə etdi

23.04.2019 - Nazarbayev istefasından danışdı, belə ağladı - VİDEO

23.04.2019 - Ramil Usubovdan yeni təyinatlar - ADLAR

23.04.2019 - “Oğlumun üzünü əməliyyat etdilər, lakin…” – Üzünü it parçalayan uşağın atası

23.04.2019 - “Oskar” otelində jurnalst qadına hücum olundu

23.04.2019 - Zelenski necə məşhurlaşdı? – Yumor ustasının prezidentliyə aparan yolu...

23.04.2019 - Bakının sahibsiz it problemi: çıxış yolu nədədir? - ARAŞDIRMA

23.04.2019 - İCRA BAÇIŞININ BÖYÜK BİZNESİ – Qızıl balıq, maral fermaları, taxıl sahələri…

Facebook