Saakaşvili Tiflisə Bakıdan cavab verdi

30 aprel 2015
Saakaşvili Tiflisə Bakıdan cavab verdi Gürcüstanın Baş Prokurorluğu tərəfindən Azərbaycanın Baş Prokurorluğuna sabiq prezident Mixail Saakaşvilinin Tiflisə ekstradisiya edilməsi üçün rəsmi sorğu göndərildiyi deyilir.

Mətbuatda yayılan informasiyaya görə, Gürcüstan Baş Prokurorluğu Bakıda olan Saakaşvilinin həbsini xahiş edib.

Saakaşvili artıq ikinci gündür ki, Bakıda keçirilən III Qlobal Forumda iştirak edir.

Sabiq prezidenti hazırda Ukraynada da fəaldır. ANS-ə müsahibəsində Mixail Saakaşvili yenidən Gürcüstana qayıdacağını söylədi:

“Əlbəttə ki, mən Gürcüstana qayıdacam ki, xalqıma kömək edim. Mənim karyeram xalqıma məxsusdur. Mənə bu yaxınlarda çox yüksək vəzifə, Ukrayna hökumət başçısının müavini olmaq təklif edildi. Bu mənim üçün böyük şərəf olardı. Gərək onda mən Ukrayna vətəndaşlığı alıb, Gürcüstan vətəndaşlığından imtina etməliydim. Lakin mən bunu etmədim. Çünki inanıram ki, mənim ölkəmin Gürcüstanın böyük gələcəyi var. Mən bu gələcəyi xalqımla birlikdə quracam”.

Xatırladaq ki, Tiflis Şəhər Məhkəməsi 2014-cü ildə Gürcüstan Baş Prokurorluğunun tələbilə sabiq prezident Mixail Saakaşvili barəsində qiyabi həbs qərarı çıxarıb.

O, bir neçə sabiq nazirlə birlikdə Gürcüstan Cinayət Məcəlləsinin 333-cü maddəsi ilə vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir. Bu maddə ilə ittiham olunanları 5 ildən 8 ilədək həbs cəzası gözləyir.
Xəbəriniz olsun

18.10.2018 - Səudiyyəli jurnalistin qətlində şübhəli bilinən şəxs yol qəzasında öldü

18.10.2018 - Azərbaycanda casus yaxalandı: Hərbi sirlərimizi satırmış

18.10.2018 - "Hasarların uçqunu artıb, torpaq qatı yola doğru irəliləyir" - Qərargah

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

17.10.2018 - “Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə edib

17.10.2018 - Əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar...- jurnalistin qətlinin təfərrüatları

17.10.2018 - Bakıda sərnişindaşıma şirkətinin vəzifəli şəxsi həbs olundu

17.10.2018 - Şirvanda özbaşınalıq: hakim Neftçalanın “atanşik” baş memarını şəhid ailəsindən üstün tutur – Video

17.10.2018 - “ŞIĞORTA MAMED” ŞƏHİD AİLƏLƏRİNİN HAQQINI NİYƏ VERMİR? – Deputatlardan “Azərsığorta”ya ittihamlar

17.10.2018 - Bakıda daha bir ərazidə sürüşmə, istinad divarı uçdu

17.10.2018 - Bilqeyis Nəbiyevadan qeyri-adi ifa – VİDEO

17.10.2018 - AKP mətbuat katibi Səudiyyə Ərəbistanı konsulunun Türkiyəni tərk etməsi barədə

Facebook