Benitez "Real"da, Ronaldo isə üsyan edir... - Qalmaqal

01 iyun 2015
Benitez "Real"da, Ronaldo isə üsyan edir... - QalmaqalYeni mövsümdən "Real Madrid"-i "Napoli"nin sabiq baş məşqçisi Rafael Benitez çalışdıracaq.

Musavat.com xəbər verir ki, bu barədə Madrid klubunun vitse-prezidenti Eduardo Fernandes de Blas məlumat verib: "Ançelottiyə böyük hörmətim var. Ancaq o, istefaya göndərilənə kimi dünyanın ən yaxşı baş məşqçisi hesab olunurdu. Yeni mövsümdən etibarən "Real"-ı Rafael Benitez çalışdıracaq və o, dünyanın ən yaxşı baş məşqçisi sayılacaq".

Amma bu təyinatın Ronaldonun ürəyincə olmadığı deyilir. “Real” mövsümdə uğursuz çıxış etdikdən sonra Karlo Ançelottini istefaya göndərən klubun prezidenti Florentino Peresin hərəkəti futbolçunun xoşuna gəlməyib.

Pereslə Ronaldo arasında münasibətlər əvvəlcədən də yaxşı deyildi. Bundan başqa, “Kral klubu” prezidentinin yarımmüdafiəçi Qaret Beylə göstərdiyi qeyri-şərtsiz dəstək də Ronaldonun könlüncə deyil.

O, həmçinin “Real”ın yeni baş məşqçi Rafael Beniteslə işləmək istəmir. Ronaldonun İspaniyanın “Real” klubu ilə müqaviləsi 2018-ci ilədək qüvvədə olsa da, Fransanın “Pari Sen-Jermen” komandası artıq indidən onunla maraqlanır və transfer təzminatını ödəməyə hazırdır.
Xəbəriniz olsun

23.06.2018 - Azyaşlının xəsarət aldığı uşaq bağçasında iki nəfər işdən çıxarıldı

23.06.2018 - Daha bir pambıq zəhərlənməsi: 6 nəfər xəstəxanalıq oldu

23.06.2018 - Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə təsdiq edildi

23.06.2018 - Oğlu ilə gündəmə gələn Samir Şərifov... - Nazir yazıları dayandırmağa cəhd edir?

23.06.2018 - Hüseyn Abdullayevlə Eldar Mahmudovun əlaqələri təsbit olunub - İDDİA

23.06.2018 - Gəncə Dövlət Universitetində ixtisasdəyişmə imkanı - ELAN+ŞƏRTLƏR

23.06.2018 - "DÇ-2018": Messidən şok qərar

22.06.2018 - Pambıq tarlalarındakı kütləvi zəhərlənməyə görə 5 vəzifəli şəxs həbs edildi

22.06.2018 - Səfir Qüdsi Osmanovun oğlu sərhədi keçərkən saxlanıldı

22.06.2018 - “Nar”-dan “Samsung” smartfonu al, pulun bir hissəsi balansına qayıtsın!

22.06.2018 - Raqub Məmmədovun qardaşından reaksiya: "O adam mən deyiləm..."

22.06.2018 - 20 yaşlı nişanlı qızın iki uşaq atasıyla intim görüntüləri yayıldı - Lənkəranda - (+18) FOTO

22.06.2018 - Xorvatiya millisi argentinalıları darmadağın etdi

Facebook