Tərtərin icra başçısı üçün Avropa Oyunları fürsəti: MƏMURLAR “MƏŞHƏR AYAĞI”NA ÇƏKİLİR

02 iyun 2015
Tərtərin icra başçısı üçün Avropa Oyunları fürsəti: MƏMURLAR “MƏŞHƏR AYAĞI”NA ÇƏKİLİR “Dövlətimiz doğurdanmı Olimpiya Oyunlarının maliyyə təminatını bizim başçıya tapşırıb?...”

Bu günlərdə Müstəqim Məmmədovun Tərtər rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmasının bir ili tamam oldu. Məlumat üçün bildirək ki, o indiki vəzifəsinə qədər Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini - şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 7 may 2014-cü il tarixli Sərəncamı ilə isə Tərtər Rayonu İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilib.

Ötən bir il ərzində baş verənlər isə onu göstərdi ki, Müstəqim Məmmədov dövlət başçısının ona göstərmiş olduğu yüksək etimadı doğrultmağı bacarmadı. Hər halda onun Tərtərə rəhbərlik etdiyi son bir il ərzində barmaqla sayılacaq qədər gün tapmaq olardı ki, həmin gün ölkə mətbuatında rayondakı hansısa problem, nöqsan və ya qanunsuzluq işıqlandırılmasın. Rayonda radikal dini təmayülçülərin güclənməsindən tutmuş Tərtərdə rüşvət və korrupsiyanın ayaq açıb yeriməsinə qədər çeşidli ittihamlar səsləndirilib. Maraqlısı isə odur ki, nə Müstəqim Məmmədov, nə də Tərtər RİH həmin ittihamlarla bağlı izahat vermək zəruriyyətini belə hiss etməyiblər. Bəlkə həm də ona görə ki, əslində izahat verilməli nəsə yoxdu?...

Savash.org-a rayondakı mənbələrdən daxil olan yeni məlumatlar isə Müstəqim Məmmədovun ənənəvi “iş prinsiplərini” dəyişmək istəyində olmaması yönündədir. Həmin “iş prinsipi” isə rüşvətə, yerli məmur və sahibkarları mümkün qədər sıxaraq olan-qalanını əlindən almağa hesablanıb. Qaynağımızın sözlərinə görə, açılışına sayılı günlər qalan və Bakıda keçiriləcək Avropa Olimpiya Oyunları da Müstəqim Məmmədov üçün əsl qazanc fürsətinə çevrilib.

Belə ki, Olimpiya Oyunlarını bəhanə gətirərək tabeçiliyindəki məmurlardan mütəmadi olaraq “haqq” toplayan icra başçısının bu davranış tərzi rayonda ciddi narazılıq yaratmaqdadır. Hətta indi Tərtərdə yerli məmurların dilinin əzbəri olan belə bir deyim yaranıb: “Avropa Oyunları Bakıda keçirilirsə, bunun Tərtərə nə aidiyyatı? Yaxud, dövlətimiz doğurdanmı Olimpiya Oyunlarının maliyyə təminatını bizim başçıya tapşırıb?...”

Növbəti yazımızda isə Tərtərdə Olimpiya Oyunlarına görə pul toplanmış yerli idarə və strukturların siyahısını dərc edəcəyik.

Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

SAVASH.ORG
Xəbəriniz olsun

15.01.2019 - DİN Bakıda böyük rezonans doğurmuş qətl haqda

15.01.2019 - Ali Məhkəmə Beytulla Hüseynovu azad edir

14.01.2019 - Özünü polis bölməsinin qarşısında yandıranla bağlı - DİN-dən açıqlama

14.01.2019 - “Nar”-ın korporativ müştərilərinin sayı artmaqdadır

14.01.2019 - "Bazarstore"a silahlı basqın: Vəzifəli şəxs yaralandı

14.01.2019 - Daha bir intihar: özünü 8-ci mərtəbədən atdı

14.01.2019 - Rektor əvəzi xanım şöbə müdirini işdən çıxardı, "Bulvar"ın rəis müavininə vəzifə verdi - BDU-da dəyişiklik

14.01.2019 - Media nümayəndələri eyni vaxtda 500 tələbənin biliyinin yoxlandiği imtahan prosesini izləyiblər

14.01.2019 - Sumqayıt 9 saylı məktəb direktorunun macəraları və ya "Təhsilin HƏQİQƏTİ"

13.01.2019 - Kəlbəcər girovunun məktubu: “Narahat olmayın, sağam”

13.01.2019 - Mirşahinin tutdurduğu QHT sədrinin oğlu azad edildi: "Mun sifətli "dostlar", bir az ləyaqətli olun"

13.01.2019 - Azərbaycanda polis İlkin Tapdıqov özünü güllələdi

12.01.2019 - Fransada “sarı jiletlilər”in nümayişi... - 24 nəfər saxlanıldı

Facebook